Şumlanmayan sahələrə subsidiya verilib – Kənd Təsərrüfatı Nazirliyində nə baş verir?

Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurasının fəaliyyəti ilə bağlı audit nəticəsində bir sıra pozuntu və uyğunsuzluqlar aşkar edib.

Bu barədə məlumat Palatanın “Dövlət auditi” rəsmi bülletenində yer alıb. Yoxlamalar 2022-2025-ci illəri əhatə edib.

Hesabatda peyk görüntülərinə istinadən bildirilir ki, 49 əkin bəyanına aid 117 min 454 hektar torpaq sahəsində becərmə (bir sıra hallarda hətta şum) işlərinin müvafiq həddlərdə aparılması təsdiqini tapmadığı halda 19 fermerə ümumilikdə 24.2 milyon manat əkin subsidiyası verilib.

Audit nəticələrinə görə, subsidiya ödənilmiş əkin sahələri ilə faktiki biçilmiş sahələr arasında da kəskin fərqlər qeydə alınıb. Vurğulandığına görə, 2023-2024-cü illərdə biçilməyən 44 min 502 hektar sahə üzrə 10 milyon 235.4 min manat əkin subsidiyası ödənilib.

Qeyd: Kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur.

Tarix: Bu gün, 09:16
Xəbəri paylaş



Xəbər lenti