“Səba” dövlət qarşısında yenidən borca düşüb

“Səba” dövlət qarşısında yenidən borca düşüb

“Səba” ASC-nin dövlət qarşısında vergi borcu yaranıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Belə ki, şirkətin 3 saylı Ərazi Vergilər İdarəsinə hazırda 5 572.53 manat vergi borcu mövcuddur.

Xatırladaq ki, “Səba” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Əvvəllər şirkətin nizamnamə kapitalı 4,8 milyon manat olub, amma ötən ilin yaz aylarında şirkət nizamnamə kapitalını 3 575 732 manata endirib. Beləliklə, “Səba”nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb. Eyni zamanda, ötən il ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub. Səba” markası “Chicken Pro.” MMC-nin əmtəə nişanıdır.

Qeyd edək ki, “Səba”nın ötən il yarım milyon manata yaxın vergi borcu olub və sonradan borcunu ödəyib.

Tarix: Bu gün, 12:27
Xəbəri paylaş



Xəbər lenti