İTM daha bir milyonluq tenderə hazırlaşır: Bu dəfə kim udacaq?

İnnovasiya və Təchizat Mərkəzi (İTM) daha bir milyonluq tenderə hazırlaşır. Tribuna.az xəbər verir ki, dünən bu məqsədlə müsabiqə elan edilib.

Bildirilir ki, Mərkəz tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş sarğı materialları, steril cərrahi dəstlər və birdəfəlik tibb vasitələr satın almaq fikrindəddir. Bu məqsədlə İTM 6 milyon 370 min 14 manat vəsait də xərcləməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, sözügedən Mərkəz bu yaxınlarda 31 milyon manatlıq başqa bir tender də keçirmişdi. Məlum olmuşdu ki, qurum həmin tenderi ddeputatın oğluna verib. Görəsən, bu dəfə hansı deputat və ya məmurun oğlunun bəxti güləcək?

Tarix: 16-04-2026, 21:25
Xəbəri paylaş



Xəbər lenti