Azərbaycanda daha bir şirkət – “Dream Construction Company” MMC (VÖEN – 1402827641) etibarsız təchizatçıların reyestrinə daxil edilib.Neqativ.com xəbər verir ki, “Dream Construction Company” MMC sənədləri saxtalaşdırdığı üçün bir il müddətində – 24.02.2026-cı ildən 24.02.2027-ci il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 5 515 manat olan MMC 2014-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Heydər Əliyev prospekti, ev 152-də yerləşən MMC-nin qanuni təmsilçisi Cavadov Cavad Elman oğludur.
Onu da bildirək ki, “Dream Construction Company” MMC əsasən yerli icra hakimiyyətlərinin keçirdiyi tender müsabiqələrində qalib olub. Təkcə ötən il 2 milyon 961 min 891 manat dəyərində 13 tender müsabiqəsinin qalibi olub. 2024-cü ildə isə 8 milyon 732 min 135,6 manat dəyərində tender müsabiqələrində qalib gəlib.
Bu tenderlər aşağıdakı qurumlar tərəfindən həyata keçirilib:
- Sumqayıt Şəhər İcra Hakimiyyəti - 3 tender;
- Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi - 2 tender;
- Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər nümayəndəliyi - 2 tender;
- Bərdə RİH - 1 tender;
- Ağdam RİH - 3 tender;
- Qubadlı RİH - 1 tender;
- Ağdam RİH başçısının Quzanlı ərazi nümayəndəliyi - 1 tender.
Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 2 961 891.07 manat təşkil edir.
Yeniavaz.com
Tarix: 26-02-2026, 17:57