"Veysəloğlu" valyuta vəsaitini xaricdən geri qaytarmır - Daha iki protokol yazıldı, şirkəti külli miqdarda cərimə gözləyir

“Veysəloğlu” valyuta vəsaitini xaricdən geri qaytarmır – Daha iki protokol yazıldı, külli miqdarda cərimə gözləyir şirkəti“Veysəloğlu” MMC-yə daha 2 inzibati protokol yazılıb.

”Yeni Gundem”-in xəbərinə görə, Mərkəzi Bank protokolları İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Sənədlər baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İşlərdən biri Nəriman Mehdiyevin, digəri isə Nigar Qədirlinin icraatındadır.

Qeyd:MMC barəsində bundan öncə də eyni maddə ilə protokol tərtib olunub. Həmin işə Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə martın 5-də baxılacaq.

Qeyd edək ki, “Veysəloğlu” şirkətlər qrupu tanınmış iş adamı Aydın Veysəloğlu Talıbova məxsusdur. Şirkətlər qrupuna “Araz supermarket”, “OBA” mağazalar şəbəkələri daxildir.

Tarix: 6-03-2024, 16:28
Xəbəri paylaş



Xəbər lenti