Uzunluğu 123,5 km olan Yuxarı Şirvan Kanalının suvarma suyu ilə təmin etdiyi ərazilərə Yevlax, Ağdaş, Ağsu, Ucar, Kürdəmir və digər bir neçə rayonun müəyyən qədər torpaq sahələri daxildir. Ölkəninin ikinci ən böyük kanalı keçdiyi ərazilərdə yaşayan əhalinin texniki suya olan tələbatını ödəyir. Dövlət başçısı İlham Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar su təsərrüfatının yaxşılaşdırılması məqsədi ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə hər il dövlət büdcəsindən kifayət qədər böyük məbləğlərdə vəsaitlər ayrıldığını dəfələrlə bildirmişdir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli Yuxarı Şirvan Kanalının İstismarı İdarəsidə dövlət büdcəsindən bəhrələnən çoxsaylı qurumlardan biridir.
Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə çərçivəsində işlərə hələ 2018-ci ilin ilin sentyabr ayından start verilib. Görülən işlərin nəticəsi olaraq su gətirici kanalda əsas işlər tamamlanıb.Amma “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti buraya vəsait ayırmaqda davam edir.
Aktualinfo.org Yuxarı Şirvan Kanalının İstismarı İdarəsinin keçirdiyi bir sıra tender proseduru ətrafında kiçik araşdırmalar aparıb.Qeyd edək ki,Yuxarı Şirvan Kanalının yenidənqurulması işlərinə Səhmdar Cəmiyyət 2018-2019-cu illərdə kifayət qədər iri məbləğlərdə vəsait ayırıb.Bəs son beş ayda satınalmalar yolu ilə ayrılan vəsaitlər isə aşağıdakılardır.
Maşın və mexanizmlərin ehtiyat hissələrinin satın alınması üzrə 19.11.2020-ci il tarixdə keçirilmiş açıq tenderdə 280240.01 manat dəyərində satınalma müqaviləsi “HƏSRƏT-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HƏSRƏT-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.12.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, ARAN 1, qanuni təmsilçisi kimi isə Cəfərov Həsrət Əhməd oğlu qeyd olunub.
İnşaat materiallarının satın alınması üzrə 19.11.2020-ci il tarixdə keçirilmiş açıq tenderdə 167 634.8 manat dəyərində satınalma müqaviləsi “TİCARƏT-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Qravi ballast və dəmir-beton borunun satın alınması üzrə 19.11.2020-ci il tarixdə keçirilmiş açıq tenderdə 106904.81 manat dəyərində satınalma müqaviləsi “TİCARƏT-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİCARƏT-11” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.01.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, YEVLAX ŞƏHƏRİ, NÜŞABƏ, ev 52, qanuni təmsilçisi kimi isə Qasımov İlqar Alış oğlu qeyd olunub.
Cari və əsaslı təmir işləri üçün hazır beton qarışığının satın alınması üzrə 19.11.2020-ci il tarixdə keçirilmiş açıq tenderdə 206 996.78 manat dəyərində satınalma müqaviləsi “ŞAMXAL-86” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞAMXAL-86” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.12.2006-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 11385.40 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, SAMUX, ev 13, qanuni təmsilçisi kimi isə Əliyev Nahid Zahid oğlu qeyd olunub.
Su sərfi ölçən qurğuların quraşdırılması üzrə 19.11.2020-ci il tarixdə keçirilmiş açıq tenderdə 41 000 manat dəyərində satınalma müqaviləsi “İNKOEL ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bağlanmış müqavilələrdən də göründüyü kimi Yuxarı Şirvan Kanalı İstismar İdarəsi 19.11.2020-ci il tarixdə,yəni beş ay əvvəl yuxarıda sadaladığımız işlərin və xidmətlərin satınalmasına 802 776 min manat dövlət vəsaiti ayırıb. Üstündən beş ay keçdikdən sonra Yuxarı Şirvan Kanalı İstismar İdarəsi eyni işlərin və xidmətlərin satınalmasına nə qədər vəsait xərcləyib?
Əsaslı təmir işləri üçün inşaat materiallarının satın alınması üzrə 12.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 147 599.99 manat dəyərində satınalma müqaviləsi “POLAD-A 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “POLAD-A 2020” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.11.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, ARAN ŞTQ, qanuni təmsilçisi kimi isə Ağayev Amil Kamil oğlu qeyd olunub.
Hazır beton qarışığının satın alınması üzrə 12.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 260995.94 manat dəyərində satınalma müqaviləsi “ŞAMXAL-86” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Maşın və mexanizmlərə ehtiyyat hissələrinin satın alınması üzrə 12.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 212 000 manat dəyərində satınalma müqaviləsi “TİCARƏT-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Yuxarı Şirvan kanalının kəsişdiyi çay məcralarının tənzimlənməsi işlərinin satın alınması üzrə 12.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 81 016.91 manat dəyərində satınalma müqaviləsi SUMQAYIT MELİOSERVİS İDARƏSİ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Yuxarı Şirvan Kanalının lildən təmizlənməsi üzrə 12.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 262 960.24 manat dəyərində satınalma müqaviləsi YEVLAX MELİOSERVİS İDARƏSİ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Cari təmir işləri üçün inaşaat materiallarının satın alınması üzrə 12.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 176 000 manat dəyərində satınalma müqaviləsi “TİCARƏT-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bağlanmış müqavilələrdən də göründüy kimi Yuxarı Şirvan Kanalının İstismarı İdarəsi ötən ilin noyabrında vəsait ayırdığı işlərə bu ilin mart ayında yenidən 1 140 573 manat dövlət vəsaiti ayırıb. Bu beş ayın içində 1 943 349 manat deməkdir.Yuxarıda qeyd etdiyimiz kimi kanalın uzunluğu 123,5 km-dir. Tender elanlarında isə görüləcək işlərin konkret ünvanı göstərilmir.Kim zəmanət verə bilər ki, Yuxarı Şirvan Kanalının İstismarı İdarəsinin rəisi, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin ən yaxın adamlarından biri olan İlyas Səfərov bir dəfə təmir işləri apardığı əraziyə ikinci dəfə vəsait ayırmayıb? Digər tərəfdən, maşın və mexanizmlərə ehtiyyat hissələrinin satın alınmasına ayrılan vəsaitlər təyinatından tamamilə kənarlaşdırılır.Belə ki, idarə ehtiyyat hissələrinin alınmasını sürücülərin boynuna qoyur. Yəni burada işə başlamaq istəyən hər bir sürücüyə əvvəlcədən şərt qoyulur ki,maşınlara ehtiyat hissələrini özləri alsınlar. Sürücülər isə günəmuzd çalışdıqları yerlərdən əldə etdikləri pullarla həm yanacaq,həm də ehtiyyat hissələri alırlar. Hər ayın başında rəislərini görməyi də unutmurlar. Tenderlərin qaliblərini də görürsünüz. Yevlax rayonun Aran qəsəbəsində dövlət qeydiyyatına alınmış MMC-lərdir. Hansı ki, birbaşa Əhməd Əhmədzadəyə bağlılıqları var. Onların işi kanalda təmir aparmaq, ehtiyyat hissələri almaq deyil,Əhməd Əhmədzadənin ayırdığı pulları “yumaqdan” ibarətdir. Belə olmasaydı son iki ildə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin aran zonasında həyata keçirdiyi bir çox işlər sözügedən MMC-lərə verilməzdi.
Aktualinfo.org
Tarix: 21-03-2021, 15:42