Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?

Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb:
Ağdam rayon İcra Hakimiyyəti son iki ildə Quzanlı qəsəbəsində abadlıq işlərinin aparılması üçün 5 dəfə tender keçirib.

Tribuna.az xəbər verir ki, 2 belə tender son iki gündə reallaşdırılıb.
Belə ki, İcra Hakimiyyəti Ağdam rayon ərazisində Abadlaşdırma (yaşıllaşdırma) işlərinin görülməsi üçün tenderin nəticəsini açıqlayıb. Məlum olub ki, qalib “AVTOYOLTIKINTISERVIS” MMC dövlət qurumundan bu işlər üçün 127 min 800 manat ödəniş alacaq.
Ağdam İcra Hakimiyyəti elə həmin gün analoji işlərin görülməsi üçün başqa bir tenderin də nəticəsini rəsmi elan edib. Məlum olub ki, bu abadlıq işlərini “KƏNDAHAR” MMC həyata keçirəcək. Şirkətlə dövlət qurumu arasında 220 min 494 manatlıq müqavilə bağlanıb.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı o da məlum olub ki, 2024-2025-ci illərdə abadlıq işləri adı altında keçirilən tenderlərin sayı 3 olub. Belə ki, ötən ilin oktyabrında “BAK ODESS” MMC-nin udduğu tenderin dəyəri 282 min 80 manat olub.
15.09.2025-ci il tarixli tenderin qalibi isə “DREAM CONSTRUCTİON COMPANY” MMC olub ki, bu zaman Ağdam İcra Hakimiyyəti şirkətə 281 min manat pul ödəyib.
Son belə tender isə Ağdam rayon İmamqulubəyli kəndi ərazisində abadlıq işlərinin aparılması ilə bağlı olub. “SUTİKİNTİ –TƏMİR” MMC-nin udduğu tenderin dəyəri isə 109 min 481 manat təşkil edib.
Xatırladaq ki, Ağdam rayonunun icra başçısı Vaqif Həsənovdur. O, 28 avqust 2018-ci il tarixdən rayona rəhbərlik edir.
Tarix: Bu gün, 16:56
Xəbəri paylaş



Xəbər lenti