
“Azercell Telekom” telekommunikasiya xidmətləri çərçivəsində üçüncü şəxs(lər) tərəfindən təqdim edilən bəzi xidmətlərin qiymətini qaldıracaq.
AXS.az bildirir ki, xitab24.az-ın əldə etdiyi məlumata görə, bunlar aşağıdakılardır:
- “LikeMe Chat” xidmətinin günlük abunə haqqı 0,40 AZN,
- “Az.trainBrain” xidmətinin günlük abunə haqqı 0,40 AZN,
- “Sosial Xəbər” xidmətinin günlük abunə haqqı 0,07 AZN,
- “FunBox” xidmətinin günlük abunə haqqı 0,15 AZN,
- “Melomaniya” xidmətinin günlük abunə haqqı 0,35 AZN,
- “Foto Priz” xidmətinin günlük abunə haqqı 0,21 AZN,
- “Tap Qazan” xidmətinin günlük abunə haqqı 0,21 AZN,
- “Rusca Danış” xidmətinin günlük abunə haqqı 0,09 AZN,
- “İzlə Qazan” xidmətinin günlük abunə haqqı 0,21 AZN,
- “İnanırsan İnanmırsan” viktorinasının (Oyna-Qazan) günlük abunə haqqı 0,35 AZN,
- “Penalty” xidmətinin günlük abunə haqqı 0,25 AZN,
- “Balans Oyunu” xidmətinin günlük abunə haqqı 0,35 AZN,
- “Hesablaşma” xidmətinin günlük abunə haqqı 0,25 AZN,
- “Krosvord” xidmətinin günlük abunə haqqı 0,25 AZN təşkil edəcək.
Bütün qiymətlər ƏDV daxil göstərilib.
Bundan başqa, şirkət fakturalı xətt sistemində mövcud tarif paketləri çərçivəsində istifadə həcmi bitdikdən sonra hər əlavə ölkədaxili danışıq dəqiqəsi üçün 0,10 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq edəcək.
Eyni zamanda, fakturasız (SimSim) xətt sistemində mövcud tarif paketləri (“Veteran” və “Bölgə” tarif paketləri istisna olmaqla) çərçivəsində istifadə həcmi bitdikdən sonra hər əlavə ölkədaxili danışıq dəqiqəsi üçün 0,19 AZN (ƏDV daxil), “Bölgə” tarif paketi çərçivəsində istifadə həcmi bitdikdən sonra hər əlavə ölkədaxili danışıq dəqiqəsi üçün 0,12 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq olunacaq.
Həmçinin fakturasız xətt sisteminə aid nömrələrin abunəçiləri üçün nəzərdə tutulmuş “Data” tarifinə yeni qoşulmalar dayandırılacaq.
Fakturalı xətt sisteminə aid korporativ müştəri seqmentində “Biznesim”, ”Biznesim 2”, “Biznesim Region”, “Biznes Plan”, “Sizin Tarif+” tarif paketləri çərçivəsində istifadə həcmi bitdikdən sonra hər əlavə ölkədaxili danışıq dəqiqəsi üçün 0,10 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş “Avtomatik balans məlumatı” xidmətinin aylıq abunə haqqı 0,90 AZN (ƏDV daxil) təşkil edəcək.
Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş “Balans məlumatı” xidmətinin aylıq abunə haqqı 0,15 AZN (ƏDV daxil) təşkil edəcək.
“Buraxılmış zəng” xidmətinin aylıq abunə haqqı Fakturasız (SimSim) və Fakturalı xətt sisteminə aid nömrələr üçün, eləcə də Fakturalı xətt sisteminə aid korporativ müştəri seqmenti üçün 0,90 AZN (ƏDV daxil) təşkil edəcək.
Fakturasız (SimSim) və Fakturalı xətt sistemlərinə, həmçinin fərdi sahibkar və fiziki şəxs statuslu korporativ müştərilərin istifadəsində olan fakturalı xətt sisteminə aid nömrənin rabitə xəttinin bərpası üçün 5 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
Ən maraqlısı budur ki, şirkət qiymət artımını geniş kütləyə çatdırmaqda maraqlı olmayıb, bu məlumatları insanların daha çox üz tutduğu öz sosial şəbəkədə, əməkdaşlıq etdiyi media qurumlarında paylaşmayıb. Təqdim etdiyimiz qiymıt artımı ilə bağlı məlumatlar sadəcə, “Azercell”in saytında, bir bölmənin içərisində yerləşdirilməklə, görünür olması məhdudlaşdırılıb. Bu məlumatlar isə iyulun 23-nə təsadüf edir. Göründüyü kimi, bir həftə keçməsinə baxmayaraq, abunəçilərin heç nədən xəbəri yoxdur.
Qeyd edək ki, yuxarıda qeyd esilənlər üzrə yeni qiymətlər avqustun 25-dən tətbiq olunacaq.