Teref.az yazır ki, uzun illərdir kənd təsərrüfatı fəaliyyəti göstərən “Baləkən Toxum” MMC-nin direktoru Serhan Keltepe gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqlarla bağlı ictimaiyyətə və Dövlət Gömrük komitəsinin rəhbərliyinə müraciət edib.Teref.az xəbər verir ki, 27.02.2021-ci il tarixdə teleqram vasitəsi ilə DGK sədri Səfər Mehdiyevə müraciət edərək Balakən Gömrük idarəsi tərəfindən rəhbərlik etdiyi şirkətin idxal fəliyyətinə əngəl yaradan qanunsuz hərəkətləri barədə məlumat verən iş adamı komitə sədrinə yenidən müraciət edib. O bildirib ki, 22.02.2021-ci il tarixdə Türkiyə Respublikasından ixrac edərək ölkəmizə gətirdiyimiz gübrələri Balakən Gömrük idarəsinə rəsmiləşdirmək üçün müraciət edib:
“Qaydalara uyğun olaraq tərtib edilmiş 01211000057393 nömrəli gömrük bəyannaməsi ilə “NOVA BOR” adlı mineral gübrənin, mineral gübrə olmasına dair Mərkəzi Gömrük Ekspertiza İdarəsindən rəy, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin verdiyi Şəhadətnamə və aqrokimyəvi maddələrin idxalına dair mötəbər dövlət qurumlarının rəylərinin olmasına baxmayaraq (sənədlər əlavə olunur), Balakən Gömrük idarəsinin rəisi tərəfindən qanunsuz olaraq həmin gübrə məhsuluna ƏDV tətbiq edilməsi barədə göstəriş verilmişdir. Buna etiraz etdikdə rəsmiləşdirmə prosesi gömrük idarəsinin rəisi tərəfindən dayandırılmışdır. Məhsulun Türkiyədən daşınmasını həyata keçirən nəqliyyat vasitəsi günlərdiki saxlanılmışdır. Bu qanunsuzluqdan əlavə 15.02.2021-ci il tarixdə idxal etdiyimiz mineral gübrə məhsuluna ƏDV hesablanmış və sonradan gübrə olunduğu tam təsdiqini tapsada problem bu günədək həll edilməmişdir (sənədlər əlavə olunur). Balakən Gömrük idarəsinin rəhbərliyinin bu qanunsuz hərəkətləri nəticəsində şirkətin qanunla qorunan mənafeyi pozulmuşdur, maddi zərərlə üzləşmişik. Səbəb olaraq deyirlər ki, Azərbaycan Respublikasının gömrük sistemində həmin kodun olmaması və malın kodu ixrac bəyannaməsində 382499969068 olaraq göstərilməsidir, lakin bey-nəlxalq standartlarda bu kod gübrə olaraq qəbul edilir. Eyni zamanda məlum olduğu kimi AR-nın Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə əsasən mineral gübrənin idxalı və satışı ƏDV-dən azaddır. Təəsüf ki, Balakən Gömrük idarəsinin bu qanunsuz hərəkətlərinin məqsədi fəliyyətini şəffaf şəkildə quran sahibkarları çətin vəziyyətə salmaqdır”.
Teref.az olaraq qeyd edək ki, ölkəyə idxal edilən gübrə kənd təsərrüfatında məhsuldarlığın artırılması, fermerlərin daha yüksək məhsul əldə etməsi, rəqabətədavamlı, sağlam məhsul yetişdirilməsi üçün vacib maddələr ehtiva edən gübrədir. İş adamı Balakən Gömrük idarəsi tərəfindən sahibkarlıq fəaliyyətinə yönəlmiş qanunsuz müdaxiləsinə son qoyulmasını tələb edib. O, məsələnin daha geniş auditoriyaya çatdırılması və dövlət rəhbərliyinin də diqqətinin cəlb etmək məqsədilə yaxın günlərdə Bakıya gələrək üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuat konfransı keçirəcəyini də əlavə edib.
Teref.az olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
sənədlər burda:
file:///C:/Users/User/Downloads/13%20%C4%B0DXAL%20SETO%2020373.6%20USD%2015.02.2021%20(CODE_210203884).pdf
Tarix: 11-03-2021, 08:40