Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…



"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Mollakənd Mexaniki Suvarma İdarəsi 291 min 766 min manatlıq satınalma müsabiqəsinə yekun vurub.

AzFakt.com xəbər verir ki, maşın-mexanizmlərinin və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrinin satın alınması müsabiqəsinin qalibi "MM - Parts” MMC olub.

Ötən ilin fevralın 7-də yaradılan şirkətin nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayət şəhəri, 9 mkr, ev 56, m.35-dir. Qanuni təmsilçisi isə Mahir Maarif oğlu Mustafayevdir. 

Şirkətin indiyə kimi dövlət satınalmalarında iştirak etməsi, habelə fəaliyyəti ilə bağlı internet resurslarında məlumat yoxdur. Bu baxımdan 1 il əvvəl yaradılan şirkətin az qala 300 min manatlıq tenderi udması və satınalmalar haqqında qanunvericiliyin tələblərinə nə dərəcədə uyğun olması şübhələrə əsas verir. 
Qeyd edək ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi tenderlərin əksəriyyətində şəffaflıq gözlənilmir və mövcud qanunvericiliyin tələblərinin pozulmasıyla bağlı mediada kifayət qədər təkzibolunmaz faktlar açıqlanıb.
Tarix: 18-02-2021, 21:33
Xəbəri paylaş



Xəbər lenti