“Cip” sürənlərin sayəsində neft sürətlə bahalaşır - QİYMƏT YENİDƏN 100 DOLLARA ÇATA BİLƏR...
Dünyanın neft ticarəti və təhlili sahəsində nüfuzlu adları neft qiymətlərinin daha bir artım dövrünün başlana biləcəyini deyirlər. Oilprice.com saytının yazdığına görə Goldman Sachs bankından Cefri Karri və JPMorgan şirkətindən Kristyan Malek bildiriblər ki, onlar neft qiymətlərinin daha bir “superartımının” yaxınlaşdığına inanırlar. Onlar neft qiymətlərinin bir barrel üçün 80, hətta 100 dollara çatacağını düşünürlər.
Lakin 2008-2014-cü illər arasında neft qiymətinin $100+ proqnozunu düzgün vermis neft təhlilçisi Arjun Murti deyir ki, daha bir “superartım” barədə danışmaq bir qədər tezdir. Malek bildirib ki, neftə tələbatın təchizatı üstələyəcəyi vaxt hələ çox uzaqdadır.
Bununla belə Oilprice.com saytının yazarı Culian Geyger qeyd edir ki, “superartım” proqnozlarının indi ilə gətirilməsinin səbəbi sadədir. Onun fikrincə, ABŞ hökumətinin əhali üçün nəzərdə tutduğu stimul paketlərinin istehlakı yüksəldəcəyi gözlənilir. Karri də bu qənaətdədir ki, ABŞ hökumətinin yardımı aşağı və orta gəlirli ailələrin material və mal istehlakına təkan verəcək. Karri deyib ki, “bu adamlar Tesla yox, SUV (“ciplər”) sürürlər”.
Murti isə düşünür ki, əgər neftə tələbat gələn il ərzində günə 500 min barrel artmasa, tələb təklifi ötə bilməyəcək.
2020-ci ildə pandemiyaya görə neftə tələbat günə təxminən 10 milyon barrel azalıb. Bununla belə, bəzi ekspertlərin fikrincə, əgər tələbat günə 1.4 milyon barrel artarsa, bunun ardınca qiymət “superartımı” gələ bilər. Neft ticarətçisi Pier Andurand “Financial Times” qəzetinə deyib ki, neft qiymətlərinin taleyi tamamilə OPEC-in əlindədir. Söhbət kartelin hasilatı hansı səviyyədə saxlayacağından gedir. Andurandın fikrincəq qiymət artımına İranın qlobal bazara qayıtması və OPEC-in hasilatı artırması mane ola bilər.
Ötən qiymət “superartımından” milyonlarla dollar mənfəət əldə etmiş başqa bir qocaman treyder – Endi Hol Financial Times qəzetinə deyib ki, neft qiymətlərinin azalması “xroniki” haldır və hər hansı qiymət “supertımına” ümid xam xəyala bənzəyir.
Qeyd edək ki, hazırda Azərbaycanın Azeri Light neftinin bir barreli 65.38 dollaradır. Bu, büdcədə göstərilmiş qiymətdən 15 dollar bahadır və deməli Azərbaycanın valyuta ehtiyatları, gəlirləri il ərzində gözlənildiyindən çox olacaq.
Virtualaz.org
Tarix: 18-02-2021, 17:44
-
Bu gün, 10:33
Ekspert: “Sərhədlərin bağlı qalması turist sayına mənfi təsir göstərir”
-
Bu gün, 10:30
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: yeni hüquqi praktika nə vəd edir?
-
Bu gün, 10:20
Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO
-
Bu gün, 10:16
Notarius həbs edildi - Külli miqdarda dövlət vəsaitini mənimsəyib
-
Bu gün, 10:06
Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı - Millionluq borcu var
-
Bu gün, 10:04
Şəki xəstəxanasındakı 70 minlik xaos Prokurorluqda! – Kadr rəisi Tural Səfərovun işi araşdırılır
-
Dünən, 23:16
“Azercell” gizli şəkildə qiymətləri qaldırdı - SİYAHI
-
Dünən, 21:53
Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur
-
Dünən, 21:50
Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib
-
Dünən, 21:47
Əmrullayevin kantoru nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:45
Ölkədə nikbin desək, iqtisadi durğunluq var, neft-qazın baha olması bizi hələ ki, vəziyyətdən çıxarır
-
Dünən, 13:57
Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq
-
Dünən, 10:51
Azərbaycanda 90-a yaxın çimərlik var, cəmi yeddisi ödənişsizdir - Paytaxt sakinlərindən ŞİKAYƏT - VİDEO
-
Dünən, 10:49
Təhdid, izləmə, canlı həşəratlar: "eBay" jurnalist ailəsinə milyonlarla dollar təzminat ödəyəcək
-
Dünən, 10:47
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı-FOTO
-
Dünən, 10:45
Rafiq Quliyev icra başçısı funksiyasını itirib? - Cavabsız sorğular və ya susan Pənahın nağılı...
-
Dünən, 09:33
Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!
-
29-07-2026, 23:23
Baba Rzayev 67.2 milyonu hara xərcləyəcək?
-
29-07-2026, 22:40
100 milyonluq yeyinti işi: vəzifəli şəxs həbs edilib
-
29-07-2026, 22:38
Azərbaycanda kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - Açıqlama
-
29-07-2026, 17:16
AYNA "Velosipedlərin parklanması üçün "Apollon Trading" MMC-yə 265 min 500 manat ödəyəcək
-
29-07-2026, 17:02
Ağdamda yanğın yayılıb - partlayış səsləri eşidilir... - FOTO
-
29-07-2026, 16:56
Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?
-
29-07-2026, 16:54
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
-
29-07-2026, 16:52
Tibbi preparat idxalı adı ilə şirkət rəhbərinin milyonlarla manatlıq dələduzluq əməli - MƏHKƏMƏ
-
29-07-2026, 16:47
OCCRP-nin araşdırması: “ABŞ-də 2 milyard dollarlıq tibbi sığorta fırıldağında ittiham olunan şəxs Rusiyada dəbdəbəli həyat yaşayır”
-
29-07-2026, 16:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
-
29-07-2026, 10:37
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA
-
29-07-2026, 10:17
Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı
-
29-07-2026, 09:45
Nəsimi rayonunda aylardır qazılan yol təmir edilmir - VİDEO