Rusiyadan geri qaytarılan pomidorlar qısa müddətdə bizim dəstəyimizlə Körfəz ölkələrinin və Qazaxıstanın bazarlarına çıxarıldı.
Modern.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransda deyib.
Y.Abdullayev qeyd edib ki, 2019-cu ildə Azərbaycandan Qazaxıstana 1363 ton pomidor ixrac olunmuşdusa, yaranmış şərait nəzərə alınaraq, Rusiyadan geri qaytarılan pomidorun 800 tonu 1 ay içərisində ixrac olunub:
“2019-cu ilin 12 ayı ərzində həyata keçirilən ixracın 70 faizini 1 aya realizə etdik. Bəzi ixracatçılar Ukrayna, Belarus, Qazaxıstandakı ticarət evlərinə müraciət edərək, problemlərinin həllinə nail oldular".
Onun sözlərinə görə, ümumilikdə Rusiya tələbləri Avropa bazarının tələblərindən zəif deyil:
“Sadəcə biz sahibkarlarımızı həmin bazara fokuslandırmışıq. Rusiya həm logistika baxımından, həm də əlaqələr baxımından Rusiya bazarına üstünlük veririk. Rusiyaya satılan məhsuullar dünya standartlarına cavab verən, sertifikatlaşdırılmış məhsullardır”.