Qiymətlər qalxmaqda davam edir




İqtisadçı Rövşən Ağayev
Statkom hər ay 140-a yaxın ərzaq məhslunun ölkə üzrə orta pərakəndə satış qiyməti barədə məlumatlar dərc edir.
Siyahıda eyni məshul çeşidinin 2 qrup üzrə qiymətləri də ayrıca qeyd edilir: yerli və idxal məhsulu. Məsələn, məlumat bazasında yerli və idxal yumurtasının pərakəndə qiymətlərini ayrıca görə bilərsiniz.
Kiçik bir hesablama apardım, deməli əvvəlki ilin noyabrı ilə müqayisədə 2020-ci ilin noyabrın sonuna idxal məhsulları səbətində 2%-lik bahalanma görsənir.
Amma məsələnin maraqlı tərəfi odur ki, eyni dövrdə idxal olunan hazır qida məhsullarının qiymət indeksinin 17%, idxal olunan bitki mənşəli məhsulların qiymət ineksinin 10%-ə yaxın artdığı da görünür statistikada. İdxal qiymətini şərti olaraq topdansatış qiyməti də saya bilərik. Bu baxımdan pərakəndə və topdan idxal qiymətləri arasında kifayət qədər böyük fərq diqqəti çəkir.
Başqa maraqlı məqam: yerli ərzaq məhsulları səbətinin pərakəndə satış qiymətləri daha çox artıb – 5,2%. Statistikada görünən odur ki, bu artımın əsas səbəbi istehsalın bahalaşmasıdır. Belə ki, rəsmi məlumata görə, 2020-ci ildə bitkiçilik məhsullasrının istehsalçı qiymət indeksi 5.1%, heyvandarlıq məhsullarının qiymət indeksi 4.5% artıb.
Təəssüf ki, Statkom məhsul növləri üzrə topdansatış qiymətlərə dair mütləq məbləğlərdə rəqəmləri dərc etmir. Məsələn, Rusiya statistikasında görmək olur ki, ötən il hər ton taxılın, 1 yumurtanın, 1 ton soğanın istehsalçı qiyməti necə olub, bu il həmin rəqəmlər necə dəyişib. Belə statistika konkret məhsul növləri üzrə topdan və pərakəndə qiymətlərin dinamikasının müqayisəli izləmək üçün çox önəmlidir.
Neqativ.com
Tarix: 22-01-2021, 08:32
Xəbəri paylaş



Xəbər lenti