Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “6ES04Y4” MMC olub.
“Qaçqınkom” fotostenlərin hazırlanması və quraşdırılması, həmçinin “Brand wall” (“Çərçivəli lövhə”) hazırlanması və quraşdırılmas ıüçün “6ES04Y4” MMC -yə 26 min  900 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 26,9 min manatlıq tender müsabiqəsinin qalibi olan “6ES04Y4” MMC cəmi 4 ay əvvəl – iyul ayının 28-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “6ES04Y4” MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə Abbasov Elməddin Xaləddin oğludur.
Qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan və 4 ay əvvəl yaranan daha bir şirkət “Qaçqınkom”un sentyabr ayında keçirdiyi tender müsabiqəsinin qalibi olub. 13.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Reliance-2020” MMC təxminən 2 ay sonra – 29.09.2020-ci il tarixində elan olunan tenderin qalibi olub və  “Qaçqınkom”dan 40 min 800 manat alıb.
Maraqlı məqamlardan biri də odur ki, iyul-avqust aylarında “6ES04Y4” MMC və “Reliance-2020” MMC -nin  dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “6ES04Y4” MMC -nin qanuni təmsilçisi Abbasov Elməddin Xaləddin oğlu eyni zamanda “Bolıvıya” MMC-nin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də  bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-avqust aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub: 

AdıÜnvanNizamnamə kapitalıQanuni
təmsilçi
Qeydiyyat
tarixi
"Lesoto”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatHacızadə Vüsal Xaliq04.08.2020
"Malavı”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatHacızadə Vüsal Xaliq04.08.2020
"Samoa-LM”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatQuliyev Nicad Vaqif28.07.2020
"Uqanda”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatQuliyev Nicad Vaqif29.07.2020
"Bolıvıya”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAbbasov Elməddin Xaləddin28.07.2020
"6ES04Y4”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAbbasov Elməddin Xaləddin28.07.2020
"Kuala-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatSəmədov Səməd Salman20.07.2020
"Petra-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatSəmədov Səməd Salman20.07.2020
"Tonota”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatSəmədov Bayram Salman17.07.2020
"Tamaqa”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatSəmədov Bayram Salman17.07.2020
"Vankuver”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAbbasov Əli Fizuli14.07.2020
"Ncamena”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAbbasov Əli Fizuli14.07.2020
"Reliance-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatMansurov Rasul Eldəniz13.07.2020
"Netgear-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatMansurov Rasul Eldəniz13.07.2020
"Maskat-LM”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏliyev Fərid Muxtarpaşa10.07.2020
"Yenıera”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏliyev Fərid Muxtarpaşa08.07.2020
"Dənizli”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏbilov Rolan Əhsən06.07.2020
"Yolova”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏbilov Rolan Əhsən06.07.2020
"Oşuma-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26.20 manatTəhməzov Elnur İbrahim04.06.2020
 










































Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3-4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan şirkətlərdən biri -  "Maskat-LM” MMC  3 ay əvvəl yaranmasına baxmayaraq ötən ay Diasporla İş Üzrə Dövlət Komitəsinə 0,70x1,05 metr ölçülərində Türkiyə bayrağı satıb. Komitə MMC-dən aldığı bayraqlar üçün ümumilikdə 46 min 500 manat vəsait ödəyib. 



A. Cəfərov
Tarix: 4-12-2020, 15:56
Xəbəri paylaş



Xəbər lenti