NEFT ƏVƏZİNƏ, SU VƏ TORPAQ:ölkələr pandemiyadan sonrakı dövr üçün nələrə diqqət yetirməlidir? - TƏHLİL


Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, 28 aprel 2020-ci il

 

Qarşılıqlı ittihamların başlaması yaxın zamanda daha çox müzakirə ediləcək mövzuların nələrdən ibarət olacağını bizə göstərir. İndi mövcud statistikalara baxaraq, yaxın zamanlarda qida və su ilə bağlı gərginliklərin başlayacağını söyləyən ekspertləri dinləməyin vaxtıdır.

Görünən odur ki, qlobal qıtlıq özü ilə bərabər, yeni mübarizə mövzusunu da bizə izah edir.

Kənd təsərrüfatı və su məsələsi eynilə neft qədər önəmlidir. Ona görə də, pandemiyasonrası yeni dövrü dəyərləndirərkən, torpaq və su qaynaqlarına çıxış yollarını da axtarmalıyıq.

Qlobal pandemiyanın yaranması, ÜST-ün buna gec reaksiyası, indi isə ABŞ-ÜST-Çin arasında keçən gərginlik mövzunun fərqli siyasi mərhələlərə bölünəcəyindən xəbər verir. Bu vəziyyətdə, yaranacaq gərginliyin bir parçası olmaq yerinə, yeni dövrün əsas şərtlərini yerinə yetirənlərin bu mübarizədə qalib olacağı açıq-aşkar bilinir.

Çin bu mərhələdə ciddi zərbələr alacaq. Ən kiçik məhsulun belə istehsal olunduğu Çin dövləti yeni dönəmdə əvvəlki cazibəsini itirəcək kimi görsənir. Çinin ciddi iqtisadi güc olması faktını isə yaşanan gərginliklər aradan qaldıra bilməyəcək.

Ancaq yeni istehsal dövlətlərinin adları artıq hallanmağa başlayır. Türkiyə də bu adların içərisində yer alır. Türkiyənin qlobal pandemiya ilə mübarizə üsulu, öz metodları dünyada etiraf edilir.

Günlərdir dünyadakı bütün hesabatları gözdən keçirib, televizorda verilən şərhləri dinlədikcə, metodların içində bu pandemiya ilə ən güclü mübarizə edən dövlətlər arasında “Türkiyə metodu” anlayışının ədəbiyyata keçməsi qürurvericidir.  Lakin bu, kifayət etmir. Biz su, kənd təsərrüfatı və torpaq məsələlərinə indidən ciddi hazırlıq görməliyik.

İstehsalçı ölkələr içində ilk yerlərə çıxacaq qabiliyyətimizin olması aydındır. Türkiyənin və hökumətinin idarəçilik səviyyəsi və işlətdiyi ağıl heç bir mübaliğə olmadan nümunə göstəriləcək tərzdədir.

Qlobal epidemiya ilə birlikdə, ciddi iqtisadi problemlərin yaranacağı məlumdur. Bu vəziyyətdən isə təkcə Türkiyə yox, bütün dünya təsirlənəcək.

Almaniya kimi güclü iqtisadiyyata malik ölkələrin zərbə almadan keçə bilməyəcəyi bu dövrdən “Çıxış yolu nədir?” sualı əsasdır. Türkiyənin göstərdiyi duruşun və idarəçiliyin haqqı verilməlidir. Türkiyənin gələcək dövrlərdə bu iqtisadi boşluq müddətindən daha da güclənərək çıxmaq şansı aydın görsənir.

Artıq bəzi kənd təsərrüfatı və qida məhsullarının gələcəyini düşünənlər üçün bunun sərfəli olacağına heç bir şübhə yoxdur. Qapıda dayanacaq qlobal aclıq dövrünə hazırlaşmağa başlayan ölkələrin məlumatlarına baxdıqda, ortada hansı prosesin nümayiş olunacağını görmək olur.

Yeni dövr yeni imkanlarla birlikdə yeni qapılar açır. Türkiyənin koronavirusla müvəffəqiyyətli mübarizə refleksi, necə bir ağıla sahib olduğunu dünyaya göstərmiş oldu.  Suriyalılara kömək etmək fəlsəfəsini dərk edə bilməyənlər  ispanlara, ingilislərə və italiyalılara göstərdiyi yardımın məzmununa məna verə bildilər.

Kənd təsərrüfatı, qida sektoru və su qaynaqları artıq nəzərə alınmalı olan ciddi məsələlərdir. Buğda bu qıtlıq məsələsinin başındakı nemətdir. Qlobal epidemiyadan sonra yeni dövrdə ciddi zədə almadan, böhranı fürsətə çevirərək, çıxış yolunu, qapını və kilidini düşünməliyik. Türkiyə bu dövrdən çıxış yolunu tapa bilsə, regional yox, qlobal aktyorluğa namizədliyi qətidir.

Tərcümə Strateq.az-ındır

Tarix: 29-04-2020, 23:50
Xəbəri paylaş



Xəbər lenti