ABŞ və Rusiya nefti 0 dollardan da aşağı düşdü - Video

 

Aprelin 20-si dünya neft bazarı üçün elə neftin özü rəngdə bitməkdədir. Belə ki, bu gün ABŞ-ın WTI nefti öz tarixində ən böyük mənfi qiymət rekordu göstərib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Nyur-Yorkun NYMEX birjasında Bakı vaxtı ilə saat 22.32-də bu marka neftin may fyucersləri üzrə qiyməti - 37,06 dollar təşkil edib. 

Agentlik bildirir ki, bu qiymət satışı aprelin 21-də bitəcək may müqavilələri üzrə qeydə alınsa da, ABŞ neftinin ən kəskin dəyər itirməsi kimi tarixə düşür.

Hazırda Rusiyanın dünya bazarına çıxartdığı Urals markalı neft də 0 dollardan aşağı, -2 dollara satılmaqdadır.



Tarix: 21-04-2020, 08:55
Xəbəri paylaş



Xəbər lenti