NEFT QİYMƏTİ HARA QƏDƏR UCUZLAŞA BİLƏR?

İqtisadi Təhlil İnstitunun sədri Məhəmməd Talıblı

Uzun müddətli yuxarı neft qiymətləri təkbaşına siyasi mahiyətcə idarəçilik sistemləri olan hökumətləri möhkəmləndirdi. Və həmin hökumət başçıları havayı neft pullarını iqtisadi idarəçiliklərinin uğuru kimi cəmiyyətlərinə sırımağa çalışdılar. Amma bir balaca neft qiymətlərindəki enişlər zəif iqtisadi konstruksiyaya malik ölkələrdə xarici şoklar yaşatdı.

Hazırda neftin 21 dollarlıq eniş qiymətləri 18 il əvvəlki – 2001-ci il həddi xatırlatdı. 2011-ci ildə 104 dollarlı bazarlar daha yoxdur. Neftin qiymət volatilliyi şərtləndirən zaman və şərait fərqlilikləri var. Əlli il bundan öncə yəni 1970-ci illərdə neftin 1 bareli 1,8 dollar idi. 2008-ci ildə 147 dollara qədər yüksəldi.

Qayıdaq bu günə… Koronovirus pandemiyası qlobal səviyyədə iqtisadi fəaliyyəti zəiflətdi, neftə tələb azaldı və qiymətlər üzü aşağı gəldi. Dünyada əvvəlki illərdə gündəlik neft hasilatı 93-95 milyon barel idi. İndi bu rəqəm 101 milyon barel səviyyəsinə yüksəlib. Neft təklifi tələbi xeyli üstələyib. Eyni zamanda neftin istehlakı da azalıb. Dünyada isə 3,8 milyard insan iqtisadiyyata heç tövhə verməyib evdə qaldığına görə dünyada neftə tələb 75 milyon barelə qədər eniş zolağına gəlib çıxıb. Qısası, neftə tələb 25 faiz aşağı azalıb. Əgər neftə tələb 25 faiz düşdüyü halda, niyə neft qiymətləri 50 faizdən çox düşüb sualı meydana çıxır. Bunun əsas dominantlığı neft hasilatının bolluğu və ucuzluğu şəraitində bəzi dövlətlərin hələ də neft almasına davam etməsi ilə bağlıdır. Onlar sadəcə ehtiyatlar toplayırlar. Neft bazarında treyderlər ucuzlu neft almaqla neftə cüzi də olsa tələbi təşviq edirlər. Məsələn bazarda belə bir ucuz nefti görən qeyri-resurs dövlətləri, o cümlədən Çin, Hindistan kimi nəhəng iqtisadiyyata malik ölkələr ucuz neft alıb ehtiyatlar (stoklar) yaradırlar.

OPEK neftin qiymətini necə artırmaq istəyir?

Neft bazarında əsas oyunçu olan OPEK özünün qərarları ilə bazara müxtəlif siqnallar verirlər. Neft bazarında qiymət dalğalanmalarına mühüm təsir gücü hələ də OPEK karteli ilə bağlıdır. OPEK üzvlərinin görüşlərində yaranmış fikir ayrılıqları neft qiymətlərinə də izsiz keçmir. Son görüşlərdə Rusiya-Səudiyyə Ərəbistanı arasında olan hasilat səviyyəsi ilə bağlı mövqelər haçalandı. OPEK-də hər iki dövlət əsas neft hasilatçıları sayılır. Hər iki dövlət birgə hasilat gücü gündəlik olaraq dünyada toplam neft hasilatının 1\5 təşkil edir. Səudiyyə Ərəbistanı neft hasilatını artırmağı, Rusiya isə bununla razı olmadığını ifadə etdilər.

Səudiyyə Ərəbistanında neftin 1 barelinin maya dəyəri 15 dollara, Rusiyada isə 22 dollara başa gəlir. OPEK görüşlərində qərara gəlindi ki, toplam olaraq 10 milyon barelə yaxın üzv ölkələr hasilatı aşağı salsınlar. Bunun yarısı Rusiya və Səudiyyənin payına düşüb. Bu qərarın 10 gündən sonra qüvvəyə minəcəyinə baxmayaraq artıq indidən neft bazarında psixoloji faktor öz rolunu oynadı və qiymətlər nisbətən artdı.

Amma OPEK-in hasilatının azaltması belə qiymətin yüksəltməsinə mühüm təsir göstərə bilməyəcək. Çünki bundan aşağı neft hasilatını ciddi sürətdə aşağı salmaq da mümkün deyil. Deməli neftin qiymətinn qiymət yüksəlişi HASİLATI azaltmaqla yox, İSTEHLAKI artıqmaqla dəyişə bilər.
Ona görə də ən azı yaxın 6 ayda neft qiymətləri üçün artım gözləmək çətin ki, olsun. Biz aşağı qiymətli neft iqtisadiyyatına hazır olmalıyıq.

Nağıllar dövrü bitdi, qeyri-müəyyən sabahlar haqqında ibarəli sözlər də köməyimizə çatmayacaq. Gerçəkçi olub, amma pessimist ssenarilərə hazır olmalıyıq!

Tarix: 19-04-2020, 21:06
Xəbəri paylaş



Xəbər lenti