"Qızıl buts"un sahibi bəlli oldu — RƏSMİ


2019/20-ci illər mövsümü üzrə "Qızıl buts" mükafatını qazanan futbolçunun adına aydınlıq gəlib.

Fəxri mükafata "Latsio" klubunun hücumçusu Çiro İmmobile sahib çıxıb.

A Seriyanın 38-ci turunda "Napoli" ilə matçda (1:3) fərqlənən futbolçu vurduğu qolların sayını 36-ya çatdırıb.

Bununla da 37 oyunda 36 qol və 8 məhsuldar ötürmə verən 30 yaşlı italiyalı forvard ən yaxın izləyicisi Robert Levandovski və Kristiano Ronaldonu qabaqlayıb.(Offsideplus.az)
Siam.az
Tarix: 3-08-2020, 06:56
Xəbəri paylaş



Xəbər lenti