Madridin “Real” klubu fransalı mütəxəssis Zinəddin Zidanın baş məşqçiliyi ilə 500-cü qolunu vurub.Cebhe. info xəbər verir ki, 500-cü qol La Liqanın 35-ci turunda “Alaves”lə keçirilən oyunda qeydə alınıb.
Qolu 11-ci dəqiqədə Zidanın həmyerlisi Kərim Benzema penaltidən vurub.
Qeyd edək ki, Zinəddin Zidan Miqel Munosdan sonra “Real”ın ikinci “məhsuldar” baş məşqçisidir. Munosun rəhbərliyi ilə “Real” 605 oyunda 1226 qol vurmuşdu.
Tarix: 12-07-2020, 11:59