Avropa ölkəsində çempionatın başlama vaxtı açıqlandı Яндекс.Директ

  
   Futbol üzrə İsveç çempionatının (Allsvenskan) start tarixi açıqlanıb.
"Report" liqanın rəsmi saytına istinadən xəbər verir ki, yarış iyunun 14-də başlayacaq. Oyunların azarkeşlərlə birlikdə keçirilməsi nəzərdə tutulub. Lakin son qərarı İsveç hökuməti verəcək.
Qeyd edək ki, İsveç çempionatı aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb.
Tarix: 22-04-2020, 15:24
Xəbəri paylaş



Xəbər lenti