Saleh Məmmədovun yaratdığı şirkətlər kütləvi ləğv edilir - SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədovun rəhbərliyi dövründə yaradılmış şirkətlərin ləğvi davam edir.

Bizimesr.media xəbər verir ki, AAYDA-nın tərkibində fəaliyyət göstərən daha 11 şirkət ləğv olunduğunu elan edib.

Ləğv edilən şirkətlər Şamaxı, Ağsu, Qobustan, Ağdaş, Kürdəmir, Yevlax, Ucar, Mingəçevir və Zərdab rayonlarında, həmçinin Bakı şəhərinin Nizami rayonunda yerləşir.

Ləğv edilən şirkətlərin siyahısı:

“5 №-li Magistral Yolların İstismarı” MMC - 
Mingəçevir şəhəri
“39 №-li Yol İstismarı” MMC- Zərdab şəhəri
“22 №-li Yol İstismarı” MMC- Ucar şəhəri
“21 №-li Yol İstismarı” MMC -Kürdəmir şəhəri
“19 №-li Yol İstismarı” MMC- Yevlax şəhəri
“18 №-li Yol İstismarı” MMC - Ağdaş şəhəri
“16 №-li Yol İstismarı” MMC -Ağsu şəhəri
“7 №-li Yol İstismarı” MMC - Qobustan şəhəri
“19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC- Şamaxı şəhəri
“Sabirabad 8 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC- Bakı şəhəri, Nizami rayonu
“Ucar 3 nömrəli Təmir Quraşdırma” MMC-Bakı şəhəri, Nizami rayonu

Tarix: 3-09-2026, 18:30
Xəbəri paylaş



Xəbər lenti