Amandır, etməyin. Bir ölkəyə zərrəcə hörmətiniz varsa, etməyin - Bu gəlsə, ölkəni Fətullah Gülənin şəbəkəsi tamamilə idarə edəcək

Amandır, etməyin. Bir ölkəyə zərrəcə hörmətiniz varsa, etməyin - Bu gəlsə, ölkəni Fətullah Gülənin şəbəkəsi tamamilə idarə edəcək.
Mataha da döndərməyin, adi bir korrupsionerdir.
Təhsil İnstitutunda direktor olduğu müddətdə MİQ imtahanları tamamilə keçdi kurs idarəçilərinin əlinə.
Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin ediləndə mən həmin institutda Əlavə təhsilin məzmunu şöbəsinin müdiri idim. MİQ imtahanının aparılmasında iştirak edirdim. Həmin il gördüm ki, çöldə nə qədər tanınmış kurs var, hamısının məsul işçiləri bunkerdədirlər imtahan testlərini hazırlayırlar. İmtahandan sonra Şamaxıya dincəlməyə getdik. Onda elə o kurs adamlarının önündə Rüfət Əzizova dedim ki, bu bazar adamları niyə imtahan suallarını yazırlar. Mən bu instituta gələndə məni inandirmışdılar ki, biz təhsili korrupsiyadan təmizləmək üçün gəlmişik, mən də burada şöbə müdiri olmağa razılıq vermişdim. Fəaliyyətim müddətində köhnə korrupsionerlərə qarşı sərt idim, onlar tələblərimə dözməyib ya işdən gedir, ya da yaramazları özüm işdən çıxarırdım. Belə çıxır ki, mən o köhnə korrupsionerlərin günahına batmışam. Nə fərqi vardı - o korrupsionerlər, yoxsa bu bazar adamları?
Bu çıxışımın qarşısında Rüfət Əzizov lal və kar kimi susub, bir kəlmə mənə cavab verə bilməmişdi. Nəzakət Mehtiyeva oturduğu yerdə ölmüş, Nurlan İsmayılbəyli başı ilə sözlərimi təsdiq edirdi.
Bu hadisəni burada çox adam xatırlayar. Böyük kollektiv qarşısında çıxış etmişdim.
Nəzakət Mehtiyeva Şamaxıdakı bu toplantıdan öncə - Bakıda öz iş otağında mənə kurs rəhbərlərinin MİQ imtahanında iştiraklarını belə əsaslandırmışdı: "Onlar çöldə qalanda müəllimləri üstümüzə qaldırıb ETN qarsisunda aksiya keçirir, Feysbukda paylaşmalar edərək ajiotaj yaradırlar." Hətta demişdi ki, iki kurs rəhbərini bu təxribata görə otağına çağırmışdı, onlar da onun gözü önündə bir-birlərini pis söyüşlərlə təhqir edərək, bir-birlərinin üzlərinə tüpürmüşdülər. Ona görə də ikisi də indi bunkerdə idilər.
Diqqət edin, artıq neçə ildir, görün imtahandan sonra səs çıxırmı?! Demək, elə o vaxtdan MİQ kurslar arasında bölüşdürülüb. Bütün kurslar böyük güclərə məxsusdur. Allah qorusun, onlar mənə bir daha nəsə etmək istəyərlər. Biləsiniz.
Baxın da. Hələ mən bir məqamı qeyd etdim.
AGMA Rüfət Əzizovun idarəçiliyindən niyə alındı? Rüfət Əsədzadə niyə ölkədən qaçdı? Dövlət qurumları araşdırsınlar.
Rüfət Əsədzadə bir trol qrupunu da idarə edirdi. Bu axmaqlar məni də oraya daxil edib vəzifə və yüksək məbləğdə xidmət haqqı təklif edirdilər. Görün nə qədər səfeh və beyin yerində hörümçək toru - Fətullah Gülənin şəbəkə siyasəti olan adamdırlar ki, hamını özləri kimi zənn edirlər. Qrupdan çıxıb nümayəndələrinə dedim ki, get, mənim adımdan bunların üzünə tupür.
Bu biabırçılıqlar gözümüzün önündə baş verdi. Ürəyimiz bulanır.
Belə təbliğatlar aparmayın, xahiş edirik. Korrupsionerlerin , merkantil şəbəkə, təriqət adamlarının bir qurumu lokal olaraq idarəsinə birtəhər düzürük, övladlarımızın gələcək dünyasını tamamilə verməyin bunların əlinə!
Bununla işləyib tanımışam, əminliklə yazıram.
Konul Aydin

Tarix: Bu gün, 10:37
Xəbəri paylaş



Xəbər lenti