
Həbsdə olan iş adamı Tağı İbrahimova məxsus olduğu bildirilən “Bakı Ağac Emalı” ASC-nin dövlətə olan borcu artıb.
Pravda.az-ın xəbərinə görə, ASC-nin hazırda 333 774 AZN vergi borcu var.
“Bakı Ağac Emalı”nın qanuni təmsilçisi Nəriman Həsən oğlu İbrahimovdur.
2024-cü ildə ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verməsinə görə T.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.