DTX-nı gömrükdə və AZAL-da gözləyirlər... - GƏLİŞMƏ

DTX maskalıları yerli icra hakimiyyəti orqanlarına, Gömrük Komitəsi və AZAL-a göndərilməlidir” .
Bu sözləri sfera.az-a açıqlamasında əllərində ixtiyar olsaydı qanunsuz hallara qarşı mübarizə aparan DTX əməkdaşlarını hansı qurumlara göndərməyin vacib olduğu sualına cavab verərkən ReAl-ın icra katibi Natiq Cəfərli deyib:
“İcra hakimiyyətlərinin ciddi şəkildə yoxlanılması davam etməlidir. Həmçinin Gömrük Komitəsində də yoxlamalar olmalıdır. Dövlət şirkətləri ilə bağlı, məsələn, dövlət dəstəyinə rəğmən ziyanla işləyən AZAL-la bağlı da yoxlama aparılmalıdır. Belə orqanların sayı çoxdur. Amma bütün hallarda yerli icra orqanlarında yoxlamaların aparılması prioritet olaraq qalmalıdır.
Azərbaycanda bütün dövlət və hökumət qurumlarının hansısa formada onsuz da problemləri var. İstənilən orqanda yoxlama aparsan qeyri-qanuni faktlar aşkarlanacaq. Ona görə də həm nəzarət mexanizmləri gücləndirilməli, həm də korrupsiya, qanunsuzluq yarada biləcək faktorlar aradan qaldırılmalıdır. Yəni cəzanın olması ilə yanaşı, məsələyə sistemli şəkildə yanaşmalı, problemi yaradan səbəbləri aradan götürməliyik. Bu zaman DTX birbaşa öz fəaliyyətilə, dövlətin təhlükəsizliyi məsələlərilə məşğul olar”.
“İndi növbə Kənd Təsərrüfatı Nazirliyinə çatmalıdır”
Bunu isə politoloq Cümşüd Nuriyev söyləyib:
“Hələ ki, icra hakimiyyəti orqanlarında yoxlamalar aparılmalıdır. Ondan sonra hüquq-mühafizə orqanları, xüsusən də məhkəmə sistemi belə yoxlamalara məruz qalmalıdır. İqtisad Məhkəməsilə bağlı ciddi narazılıq var. Habelə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliklərindən ciddi narazılıq edirlər. Bu qurumlar Prezidentlə xalq arasında uçurum yaradır. İmkanım olsaydı DTX əməkdaşlarını icra hakimyyətlərilə məsələni bitirəndən sonra sadaladığım bu qurumları yoxlamağa göndərərdim. Mədəniyyət və Turizm Nazirliyindən sonra növbə Kənd Təsərrüfatı Nazirliyinə çatmalıdır”.
“DTX-nin nəzarətindən kənar olan qurum yoxdur”.
Bu fikir AMİP lideri Etibar Məmmədova məxsusdur: “DTX-nin məsuliyyət dairəsinə bütün idarə və nazirliklər daxildir. Əllərində olan məlumatları araşdırıb lazım olan anda həmin əməliyyatları həyata keçirirlər. Heç bir dövlət orqanı onların bu sayaq əməliyyatlarından kənar qala bilməz. Onlar bu əməliyyatları hər yerdə edə bilərlər. Həmin qurumun nəzarətindən kənar olan qurum yoxdur”.
Tarix: 19-05-2020, 15:39
-
Bu gün, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
-
8-06-2026, 10:39
Ukrayna müharibəni rusların evlərinə gətirib - CNN
-
8-06-2026, 09:11
AZAL-ın göylə “uçan” qiyməti,yerlə “sürünən” xidməti…