“Azərbaycan karantindən çıxmağa başlayır, bəs sonra?...”






İqtisadçı millət vəkili Əli Məsimlinin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Ölkədə karantin rejimi uzadıldı. Sizcə, bunun “zəlzələdən, yoxsa vəlvələdən peyda olması” sualının cavabını bilmədən getdikcə uzadılmasına lüzum vardımı? 
         
- Dünyanı dolaşan koronavirus kabusunun “zəlzələdən, yoxsa vəlvələdən peyda olması” sualının cavabı mütləq açılacaq.., gec-tez vaksin də tapılacaq... İndi isə həmin  sualı bir kənara qoyub, diqqətimizi daha çox “Azərbaycan karantindən çıxmağa başlayır, bəs sonra?...”sualına cavab verməyə yönəltsək, bəli, təhlükə hələ tam sovuşmadığından,karantin rejimini yumşaltmaq şərtilə onun uzadılmasına ehtiyac vardı.... Koronovirus pandemiyası bütütn ölkələrdə olduğu kimi, Azərbaycanda da xeyli fəsadlar yarada bilib. Ona görə də ölkədə qabağlayıcı tədbirlər görülməyə başalandı və onun mühüm tərkib hissəsi kimi karantin rejimi tədəricən sərtləşdirildi. Həmin tədbirlər hesabına bir sıra ölkələrlə müqayisədə götürdükdə Azərbaycanda itkilər “qırmızı xətt” hesab olunan səviyyədən xeyli aşağıdır . Əgər dünyada koronovirus pandemiyasından ölənlərin sayı bu virisa tutulanmarın 7 faizinin altında olan çox kifayət qədər həyacanverici bir rəqəmlə ifadə olinursa, Azərbaycanda bu rəqəm 1 faizin ətrafəndadır. Sağalanların dünyada ortalama göstəricisi 30 faiz, Azərbaycanda 50 faizdən çoxdur. Son günlərin statistikası da göstərir ki, ölkəmizdə koronovirus pandemiyasının pik mərhələsi arxada qalıb. Amma bütün bu sadalnanlar arxayınlaşmağa əsas vermir. Pandemiyanın ölkəmizdə yenidən vüsət alma ehtimalını minimuma endirməkdən ötrü, karantin rejiminin uzadılması gözlənilən idi və bu rejim may ayının 4-nə qədər uzadıldı. Bununla belə indi karantin rejimi yeni mərhələsinin tələblərinə uyğunlaşdırılmalı, necə ki, mərhələlərlə sərtləşdirildiyi kimi, indi də elə həmin prinsip üzrə mərhələlərlə yumşaltmaq lazımdır. Artıq br sıra ölkələr bu yolla yumşaldılmaya getməyə başlayıb, bizdə karantin rejiminin mərhələlərlə, tədricən aradan qaldırılmasını doğru hesab edir, ölkəmizin reallıqlarına bu sahədə beynəlxalq təcrübəni də əlavə etməklə bu prosesdən çıxmağı məqsədəuyğun və ən optimal variant hesab edirik.
       
- Sizcə, həmin mərhələli yumşalmanı hansı istiqamətlərdən başlamaq lazımdır?
        
- Hadislərin axarı göstərir ki, karantin rejimini tədricən yumşaldılması şəraitində biz həm də virusla “birkə yanaşı yaşamağı,” işləməyi, qurub-yaratmağı da öyrnməliyik. Burada paralel surətdə 3 məəslənin optimal həllinə nail olmaq çox vacibdir: Birincisi, dövlətin gördüyü anti-virus tədbirləri ilə yanaşı insanlar özləri də özlərini, əzizlərini, yaxınlarını qorumağa maksimim səy göstərməklə bütövlkdə cəmiyyətin sağlamlığının  qorunmasına görə məsuliyyətini də dərk etməli və virusla mübarizəyə öz töhfələrini verməliidr. Karantin rejiminin tədricən yumşaldılması mərhələsində indiyədək tətbiq olunun sərt üsullarından yox, bir sıra ölkələrdə tətbiq olunan üsullardan geniş istifadə etmək lazımdr: bunlar insanlar arasında 1,5-2 metrlik məsafənin saxlanılması. gigiyena qaydalarına əməl olunması, insanların kütlə halında bir yerə toplaşmaması, lüzum olan yerlərdə tibbi maskadan istifadə etməsi və s. bu kimi qaydaları mayın 4-nə qədər olan yeni karantin müddətində davranış qaydalarına çevirməyə səy göstərmək sonra isə vərdişə çevirmk lazımdır. Təbii ki, bu cür yaşam tərzi başlanğıcda bir qədər çətin olsa da, avtomildə təhlükəsizlik kəmərinin geyilməsinə münasibətdə 10-15 il bundan əvvəlki və indiki vəziyyəti müqayisə etsək, müəyyən inamla demək olar ki, “taclı” olub-olmamsından asılı olmayarqa indi və bundan sonra adi virusdan qorunmaq üçün sadaldığımız qaydalara da əməl edənlərin sayı artacaqdır. İkincisi, sosial xarakterli məsələlər getdikcə daha çox və daha kəskin sosial kataklizmlərə səbəb olmasın deyə, karantin rejiminin yeni mərhələsində bir tərəfdən insanların təmiz havaya çıxma imkanlarını genişləndirən tədbirlər görülməli, digər tərəfdən isə imkansız və koronavirusa qarşı mübarizə məqsədilə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər nəticəsində gündəlik çörəkpulunu gəlir mənbəyini itirib, çıxılmaz vəzityyətə düşən bütün insanların qeyd-şərtsiz dövət dəstəyinin vaxtında çatdırılması təmin olunmalııdr. Üçüncüsü, iqtisadi məsələlər getdikcə mürəkkəbləşib kəskin problemlərə çevrilməsin deyə bu sahədə də karantin rejimi tədricən yumşaldılmalı, bir sıra iqtsadi fəaliyyət sahələrinin fəaliyyəti bərpa edilməliidr.

- İlk olaraq hansı sahələr fəaliyyətə başlamalıdır və hansı sahələr postkarantin dönəminə hazır olmalıdr?
       
- Ölkədə həyta keçirilən qabaqlayıcı tədbirlər, karantin rejiminin məhdudlaşdırıcı tədbirləri, bir tərəfdən insanların sağlamlığının qorunub saxlanılmasında mühüm rol oynadı, digər tərəfdən isə təbii surətdə  iqtisadiyyatın bütün sahələrinə müxtəlif dərəcədə mənfi təsir göstərdi. Ona görə də bütün ölkələr müxtəlif dərəcədə, Azərbaycan isə orta ağır ağır səviyyədə bir mərhələ keçməli olacaq. Sərtləşdirilmiş karantin rejimində ən çox ziyan çəkən gündəlik çörəkpulunu çıxaran günəmuzdçular, evində pul və ərzaq ehtiyatı olmayan geniş bir təbəqə oldu. Bununla yanaşı, iqtisadiyytaın xidmət, iaşə, ev təsərrüfatı sahələri, bir qədər konkretləşdirsək, turizm, otelçilik, restoran biznesi, digər kiçik və orta biznes sahələri daha çox ziyan çəkirlər. Bu hələ problemlərin birbaşa üzdə görünən tərəfləridir bir sıra hallarda görünməyən tərəfi görünən tərəfindən daha böyükdür. Məəslən, praktikada məlumdur ki, turizm sahəsində açılan hər iş yerinimultiplikativ effekti digər sahlərdə də 4-5 iş yerinin açaılmasına şərait yaradır. Bu sərtləşdirilmiş karantin dövründə həmin prinsip tərsinə işləyir: turizm sahəsininin üzləşdiyi çətinliklər və çökmələr multiplikativ effekt yaradraq sənayedə fəliyyət göstərən, bir sıra əlaqəli biznes subyektləri arasında, eləcə də nəqliyyat, xüsusən də hava nəqliyyatı və sonradan metroda, ekskursiya xidmətlərində, əyləncə obyektlərində, topdansatış ticarət mərkəzlərində, suvenir və digər əlaqəli sahələrdə zəncirvarı reaksiya prinsipi ilə çox neqativ təsirlərə gətirib çıxarıb. Ona görə də karntin rejiminin yumşalmasını gözlədiyimiz 4 maya qədər olan mərhələsində kiçik və orta ölçülü, qeyri-ərzaq mağazaları, kitab, elektrotexnika, məişət və əşyaları satan mağazalar, iaşə xidməti obyektləri, texniki-təmir müəssisələri və s. kimi insanların gündəlik yaşamlarında daim müraciət etdikləri sahələr fəaliyyətlərini bərpa edə bilər. Təbiidir ki, bu sadalanan sahələrin fəaliyyətinin bərpa olunması zamanı insanlarımız karantin dövrünün tələblərinə müvafiq qaydada sanitar-gigiyena normalarına ciddi əməl etməlidirlər ki, virusun növbəti dalğası üzləşməyək və yenidən daha sərt karantin şərəiti ilə qarşı-qarşıya qalmayaq. İaşə obyektlərində çalışan şəxslərin gündəlik qazancı demək olar ki, əhalidən çıxır. Digər tərəfdən heç birimizə sirr deyildir ki, özünəbaxımla bağlı məsələlərlə əlaqədar bir çox insanlarımızda komplekslər vardır. Bu baxımdan iaşə obyektlərinin, xüsusən də bərbərxana və gözəllik salonlarının fəaliyyətlərinin bərpası insanlarımızın mənəvi psixoloji tarazlığının qorunması üçün də vacibdir Məntiqlə yanaşsaq, böyük ehtimalla təhsilin mərhələrlə fəaliyyətə başlaması daha məqsədəuyğun olardı.
        
- İşsiz qalan vətəndaşlar üçün müavinət alanların sayı 200 min nəfərdən 600 min nəfərə çatdırıldı. Bu dövlət büdcəsindən müavinət ayrılan isizlərin son həddidir yoxsa onların əhatə dairəsi yenə arta bilər?
        
- Əvvəlcə onu qeyd edək ki, bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da əmək statistikası reallığı əks etdirmir, həm də bu məsələdə ifrata varılıb. Ona görə sosial məsələlər müzakirə olunanda bir necə dəfə çıxışımızda bildirmişik ki, sosail sahəyə aid olan statistika əsaslı surətdə təkmilləşdirilməli, işsizlik, yoxsulluq, yaşayış minimumu, ehtiyac meyarı kimi göstəricilər hesablanada obyektiv və reallığı əks etdirən meyarlardan çıxış etmək lazımdır. Aidiyyatı dövlət qurumları həm mövcud qanunvericilikdə, həm də hesablama metodikaslnda əsaslı dəyişikliklər edib, isizliyin, yoxsulluğun vəziyyəti barədə əllərində real durumu əks etdirən məlumatlar olmalııdr ki, ekstemal şəraitlərdə həmin göstəricilərin yenidən hesablanmasına hər saatı bir gün qədər qiymətli olan vaxt itkisinə yol verib, insanları narazı salmasınlar. İşsiz qalan vətəndaşlar dövlət dəstəyi förmasında verilən müavinət alanları sayı 3 dəfə artırılaraq 200 min nəfərdən 600 min nəfərə çatdırıldı. Bu həmin sahədə yaranmış sosail gərginlik və nararzılıqların aradan qaldırılmasına yönəldilmiş çox zərurii addımdır. Eyni zamanda  bu sahədədəqiq statistika olmadığından,fikrimizcə  hazırkı vəziyyətdə işsizlərin sayının yuxarı həddininstatistikası açıq qalmalııdr... Dövlər 200 min nəfərə 2 aylıq müavint versəydi, buna 76 milyon manat xərcləyəcəksi, indi 600 min adama yardım üçün 2 ay ərzində 228 milyon manat xərcləyəcək. Fikrimizcə, 600 min nəfər son rəqəm deyil. Bu yardımın verilməsi üçün meyarlar müəyyənləşdirilən zaman pay torpaqları olan şəxslər kənarda saxlanıldı. Nəticədə adına bir parça pay torpağı olan, əslində faktiki olaraq onu əkib becərmək imkanı olmayan xeyli insan bu yardımın təsir dairəsindən kənarda qalıb. Əgər söhbət aqrar sahədə olan iri və orta təsərrüfatlardan gedirsə, bəli, onlar fəliyyətini davam etdirdiklərindən özlərini dolandırmalıdrlar. Yox, əgər söhbət adına 15-20 sot torpaq sahəsi olan insanlardan gedirsə, onların arasında həmin torpaq sahəsindən istifadə edə bilməyən xeyli insan var ki, adlarına torpaq sahəsi olduğundan, indiyə qədər Ünvanlı Dövlət Sosial Yardımı ala bilmirlər. İndi də həmin prinsiplə 190 manatlıq dövlət yardımını ala bilmirlər. Eyni problem aztəminatlı ailələrdən çıxan və virusun yayılması ilə əlaqədar olaraq təhsil haqlarının ödənilməsini dövlətin öz üzərinə götürdüyü tələbələrə münasibətdə də yaranmışdır. Burada da həmin güzəştin şamil olunduğu tələbələrin cavab verməli olduğu kriteriyalar sırasında başda elə ailələrinin Ünvanlı Dövlət Sosial Yardımı alması göstərilir. Artıq qeyd etdiyimiz kimi, bu yardımın təyini zamanı pay torpağı məsələsinin maneyə yaradan əsas amil kimi daim ön plana çıxması, kənd əhalisinin əksər hissəsinin bu güzəştlərdən yararlanmaq imkanlarını ortadan qaldırır. Bu da dövlətin sosial siyasətinin daha həssas əhali qurupları üçün əlçatanlıq  imkanlarını azaldır. Fikrimizcə, bu məsələni kiminsə adına kiçik torpaq sahəsi olması prinsipindən yox, həmin torpaqdan ayda yaşayış minimumundan aşağı və yuxarı gəlir götürməsi prinsipindən çıxış etməklə həll etmək lazımdır. Əgər bu istiqamətdə araşdırmalar davam etdirilsə, dövlət əlavə insanların da bu sahədəki problemlərini öz üzərinə götürsə, yardım alanların sayı 700 minə çatdırılsa, 266 milyon manat, 800 minə çatdırılsa, 304 milyon manat, 900 min nəfərə çatdırılırsa, 342 milyon manat, 1 milyon nəfərə çatdırılsa, 380 milyon manat pul tələb olunacaq. Azərbaycanın maliyyə imkanları fonunda bu, çox kiçik bir rəqəmdir və pandemiyaya qarşı mübarizə istiqamətində hazırlanan proqramların da maliyyə tutumunun cəmi 10 faizinin ətrafında olan bir məbləğdir. Deməli, bu məsələdə əsas problem maliyyə yox, yardıma ehtiyacı olanların şəffaflıqla düzgün uçotunun aparılması,hansı tərəfin etməsindən asılı olmayaraq sui istifadə hallarının aradan qaldırılması olmalııdr. Bu sahədə üçot-heabat işinin təkmilləşdirilməsinə ehtiyac var.Milli,dini dəyərlərimizi  pandemiyanın  törətdiyi problemlərdən çıxışın  əsas hərəkətverici qüvvələrindən birinə çevirmək təlabatnın önə çıxmağa  başladığı  hazırkı mərhələdə  təəssüf ki, bəzi adətkarlar mədahlıqlarından əl çəkmirlər ki, dövlət xalqa yox, xalq dövlətə kömək etməlidir. Çox çətin olduğu  qədər də çox həssas olan belə bir dövrdə ölkədə yaranmış duruma bu cür səviyyəsiz yanaşmalar  xalqa koronavirus və ac qalmaq qorxusundan daha pis təsir edir, ona görə yığışdırılmalııdr.Konstitusiyamıza baxsanlar:Konstitusiyamızda deyilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.Xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalması Azərbaycan dövlətinin əsas vəzifəsidir. Prezidentin çıxışlarına baxsınlar: Prezident öz çıxışlarında dönə-dönə bildirir ki, insanların sağlamlığı və  rifahı da hər şeydən önəmlidir. "Həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik".Dövlət başçısı bildirir ki, “Azərbaycan xalqının əsrlər boyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir....Dövlətlə yanaşı imkanı olan insanlara da imkansızlara kömək etsinlər.Dünya təcrübsinə baxmaq lazım,bütün ölkələrdə dövlət aztəminatlılara kömk paketləri reallaşdırlar.Koronavirusun fəsadları insan həyatı və sağlamlığına təhdid ilə yanaşı həm də fors-major vəziyyətiyaradıb. Əgər vətəndaş koronavirusdan qorunmaq üçün “Evdə qal” prinsipi ilə təcrid vəziyyətindədirsə, fizioloji cəhətdən mövcud olması üçün pul və ərzaq ehtiyatı olmayan insanlara yardım edilməlidir.Azərbaycan xalqı hər zaman dövlətə dəstək olub, hazırkı çətin anlarda da dövlət xalqa, onun imkansız hissəsinə dəstək olmalı, aztəminatlı təbəqənin bu virus balasından sağlam çıxmasını təmin etməlidir.Biz birlikdə gücüyük. ”...Çünki acı doydurmaqdan böyük ibadət yoxdur...  Ona görə də bu istiqamətdə dövlərin və ayrı-ayrı qurum və insanların gördükləri işləri müsbət qiymətləndirir,eyni zamanda soniuncu imkansıza qədər kömək göstərilməsi səviyyəsində genişləndirilməsini zəruri hesab edirik.

- Əli bəy, nəhayət söhbətimizin əvvəlində özünüzün qaldırdığınız suala qayıdaq. Azərbaycan karantindən çıxmağa başlayır, bəs sonra?..”
        
- Firimizcə, hazırda daha çox diqqət çəkməli sual- “Azərbaycan karantindən çıxmağa başlayır, bəs sonra nə etməli” sualıdır. Daha doğrusu post-pandemiya dövründə nə etməli, nəyi təkmilləşdirməli, niyə təkmilləşdirməli və hansı istiqmətlərdə təkmişləşdirməli suallarına optimal cavablar tapmaqdan ibarətdir.
        
Koronavirus dünyanı təhdid elədi, canlar aldı, iqtisadiyyta, maliyyə, sosial sahələrə ciddi zərbə vurdu. Eyni zamanda həm də post-pandemiya dövründə nə etməli, nəyi təkmilləşdirməli, niyə təkmilləşdirməli və hansı istiqmətlərdə təkmişləşdirməli suallarına optimal cavablar tapmaqdan ötrü zəngin material verdi:
         
Birincisi, Azərbaycan bir tərəfdən pandemiyanın, digər tərəfdən isə neftin qiymətinin düşməsindən yaranan fəsadlarla üz-üzə qalıb. Xeyli vaxtdır ki, Azərbaycan nefti bazarda maya dəyərindən də ucuz satılır. Təbii ki, neftin qiyməti uzun müddət indiki kimi maya dəyərdən aşağı səviyyədə qalmayacaq. Amma bundan sonra yenidən neftin qiymətinin əvvəlki yüksək səviyyəyə qalxmasına da ümid etmək ciddi səhv olar. Eyni zamanda koronavirus qeyri-neft sektorunun aparıcı sahəsi olan xidmət sektorunu da çox güclü şəkildə vurub. Ona görə də neftə ümid etmədən birmənalı şəkildə qeyri-neft sektorunun hərtərəfli və sürətli inkişafına nail olmaqdan ötrü sistemli islahatları dərinləşdirməyə başlamaqMüqayisəli üstünlüklərimiz olan alternativ sahələrin inkişaf etdirilmsi səylərimizi artırmaq lazımdır.Əks halda neft sektoru və xidmət sahısinin ardınca qeyri-neft sektorunun digər sahələrində də böhranlı vəziyyət yaranacaq ki, oradan çıxmaq üçün də əlavə xərclər tələb edəcək. Dünyada başlanacaq amansız rəqabətə tab gətirməkdən ötrü, iqtisadiyyatın liberallaşdırılması, xarici kapitalın cəlb edilməsinin stimullaşdırılması, perspektivli innovativ layihələrin reallaşdırılmasına üstünlük verilməsi, iqtisadiyyatın modernləşdirilməsi, səmərəliliyinin və əmək məhsuldarlığının artırılması hesabına qeyri-neft sektorunun müqayisəli üstün sahələrinin inkişafına geniş meydan verilməsi, bu əsasda əhalinin tələbatının əhəmiyyətli hissəsinin yerli mallar hesabına təmin edilməsi, eləcə də qeyri-neft sahələrinin ixracının manatın neftdən asılılığına son qoyması səviyyəsinə çatdırılması istiqamətində görülən, həmçinin başlanan işlər əsaslı surətdə genişləndirilməli və sürətləndirilməlidir.İşlərimiz  yeni mərhələnin çağırışlarına uyğun və məqsədyönlü qura bilsək,orta perspektivdə indi xaricdən gətirdiyimiz malların ən azı üçdə birini,yəni 14 milyard dolara yanın imporqun 5 milyard dollara yaxınını Azərbaycanda istehsal edə, eləcə də qeyri neft sektorunun eksport potensialınıı hazırkı 2 milyard dolardan 5 milyard dollara çatdıra bilərik.Hesab edirik ki, yeni mərhələdə xüsusən də bu import-eksport məsələsində bu cür hədəfləndirmə siyasətinə keçib,ilbəil ona nail olmaöa çalışmaq lazımdır.
          
İkincisi,pandemiya sübut edti ki, elm və texnikanın bu dərəcədə inkişafı şəraitndə gözəgörünəz dərəcədə kiçik olan bir virusun qarşısında bəşəriyyət, elm, texnikanin hazırkı sıviyyəsi, xüsusən də insan nə qədər acizdir. Deməli elmi-texniki tərqqinin nailiyyətlərinin bəşəriyyəti məhv etməyə  yox, insan həyatının qorunmasına yönəltmək lazımdır. Bizdə isə dövlətə, xalqa məxsus olan vəsaitlərin çoxunu investisiya xərcləri pərdəsi altında, təmir-tikinti və sairə yönəldib əsas hissəsini korrupsiyanın yeminə çevirmək prakrikasından əl çəkmək, gələcəyə, yəni insana, gəncliyə, təhsilə, elmə sərmayə qoymaq lazımdır. 
         
Üçüncüsü, dövlətə, xalqa məxsus vəsaitlər hesabına oturduğu kreslonu sərvətə konvertasiya etməklə var-dövlət toplayanlar gördülər ki, kiçik bir virusun qarşında həmin milyardların bir qəpiklik belə əhəmiyyəti yoxdur. Həmin vəsaitlər kapitala, maliyyəyə, sərvətə amnistiya verilmsi və sair mümükün üsullarla iqtisadiyyatımızın sürətli və keyfiyyətli inkişadına, əhalinin güzəranının əsaslı surətdə yaxşılaşdırılmasımaŞeləcə də postpandemiya dövrüdə bir hissəsi hələ ağır durumda qalmaqda davam edəcək təbəqəyə yardıma  yönəldilməliir. Eyni zamanda korrupsiya, monopoliya, məmur özbaşınalıqlarına qarşı mübarizə sərtləşdirilməliidr Kölgə iqtisadiyytaının leqallaşdırılması mümkün olan hisəsinin leqallaşdırılma dairəsinin genişlndirilməsi və bu əsasda büdcəyə  milyard manatlarla ölçülən əlavə vəsaitin daxil olması təmin edilməliidr.
            
Dördüncüsü, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin milli təhlükəsizlik səviyyəsinə qalxdığı bir zamanda,bayaq da qeyd olunduğu kimi, onun mühüm tərkib hissəsi olaraq, Prezident tərəfindən də dəfələrlə bildirildiyi kimi, insanların sağlamlığı və rifahı hər şeydən önəmlidir. Bu,insanların karantin rejiminə əməl etməsi ilə yanaşı fizioloji cəhətdən mövcudluğu saxlaya bilməsini də tələb edir. İşsizlik və yoxsulluq problemlərinə baxışlar əsaslı surətə dəyişdirilməli, bu taleyüklü məsələlərə münasibət real vəziyyəti əks etdirən obyektiv meyarlara söykənməlidr. Bu baxımdan dövlət yardımlarının nə dərəcədə yetərli olmasını aydınlaşdırmaqdan ötrü, əvvəla Sosial Paketə daxil olan dəstəyin əhatə dairəsinin tam olub-olmaması, sonra isə verilən yardımların məbləğinin nə dərəcədə zəruri ehtiyaclara uyğun olması obyektiv meyarllarala müəyyənləşdirilməliidr. Ona görə də nə qədər çətin olmasından asılı olmayaraq, ölkədə əmək statistikasının göstəricilərinin dəqiqləşirilməsi, gizli məşğulluğun leqallaşırılması, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar müəssisələrin və insanların fəaliyyətinin dayanması,eləcə də bu rejimin tətbiqi səbəbindən işsiz və gəlirsiz qalan bütün şəxslərin müəyyən olunması və dövlət dəstəyinin əhatə dairəsinə salınması çox vacibdir.
        
Beşincisi, Azərbaycanda 1,7 milyon əhali aqrar sektorda çalışır ki,bu da məşğul əhalinin 37 faizini təşkil edir. Bu sahdə olan təsərrüfatların əksəriyyəti kiçik təsərrüfatlardır. Həmin təsərrüfatların da çoxu, əgər belə demək mümükünsə, natural tsərrüfatlardır,əmtəəlik,yəni satıb pul qazanmaq dərəcəsində   məhsul istehsal etmək səviyyəsində gücə malik deyillər. İri torpaq sahələrindən fərqli olaraq kiçik pay torpaqlarına malik insanların xeyli hissəsi həmin torpaqdan özünü və ailəsini dolandırmaq səviyyəsində gəlir götürmür və ya həmin torpağı əkib-becərməkdən ötrü vəsaiti olmadığından, ümumuyytlə heç əkib-becərə bilmir və deməli heç bir gəlir götürmür. Əgər insanın heç bir gəliri yoxdursa,şəhərdə yoxsa kənddə yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldur və buna görə dövlət dəstəyi almağa haqqı var. Ona görə də bu qəbildən 15-20 sot pay torpaqları olan, amma ordan gəlir götürə bilmədiyinə görə sosial müdafiyə ehtiyacı olan insanların ünvanlı sosial yardım,eləcə də 190 manatlıq sosiai paket almasına mane olmamalıdır.
        
Altıncısı,qədəm qoyduğumuz yeni mərhələ yeni çağırışlara optimal cavab tələb edəcək. Bu, hər şeydən əvvəl, Azərbaycanda rəqəmsal iqtisadiyytaın inkişaf dairəsinin genişləndirilməsinin tələb edir.Bundan ötrü postpandemiya dövürndə kadrların bir hissəsinin yenidən hazırlanması, bilik,bacarıq və səriştəliliyinin artırılması üçün xüsusi bir proqramın hazırlanmasına və bu istiqamətdə digər zəruri işlərin görülməsinə böyük ehtyac yaranacaq. 
         
Yeddincisi,əgər proses uzansa, onda əhalinin aztəminatlə təbəqəsinə əlavə sosial yardım vermək lazım gələcək. Amma bu da məsələnin tam həlli deyil.Bu işin bir sonu var və onda karantin bitəndən sonra dövlər yardımı alanların dolanışığı haradan çıxacaq? Çökmüş sahələrin bir hissəsi özünə gələcək və bu sahədə çalışanlar öz fəaliyyətini davam etdirməyə başlayandan sonra gündəlik, aylıq gəlirləri də olacaq.Ancaq bir sıra sahələr ya tammailə özünə gəlməyəcək,ya da qismən özünə gələcək. Zaman baxımından proqramlardan kənarda qalan bu kateqoriyaay aid insanların sosial müdafiəsini davam etdirməkdən ötrü əlavə tədbirlərə ehtiyac olacaq. Bununla yanaşı işsizlərin yeni stataistikası ortaya çıxacaq. Bunların bir hissəsini müvəqəqəti və daimi iş yerləri ilə təminatı nəzərdə tutan müxtəlif proqramlara cəlb etməklə işlə təmin etmək mümkün olsa da,xüsusən 2020-ci il ərzində onların əksəyiyyətini normal əmək haqqı olan işlərlə təmin etmək mümükün olmayacaq.Belə işsiz insanlarn sayı rəsmi statistikanın göstərdiyi kimi 81 min nəfərin ətrafında yox, yüz minlərlə olacaq.Ona görə də həmin kateqoriyaya aid insanların fizioloji mövcudluğunu saxlaması üçün zərur olan vəsaitin bir hissəsi işsizlikdən sığorta haqqı alan insanların sayını 1711 nəfərdən 20 min nəfərə çatdırılması istiqamətində atılan addımları davam etdirməklə bu sayı bir neçə dəfə artrmaq lazmdır. Eyni zamanda ünvanlı sosial yardım alan ailələrin dairəsini genişlndirməklə də bu sahədə xeyli yumşalmaya nail olmaq olar. Beynəlxalq praktikadan çıxış edərək demək olar ki, bu qəbildən olan problemlərin xeyli hissəsini “uşaq pulu”nun bərpa edilməsi hesabına həll etmək olar. Ona görə də Azərbaycanda ötən ildən başlanan və 4,2 milyon əhalini əhatə edən sosial islahatların davamının çox önəmli və pik nöqtəsi kimi,optimal model əsasında aşağı gəlirli ailələr üçün “üşaq pulu” məsələsinin yaxın zamanlarda mərhələlərlə bərpasını zəruri hesab edirik.”Uşaq pulu” proqramı işə düşənə qədər isə bir sıra ailələrdə yaranmış hazırkı gərginlikləri azatmaqdan ötrü, həm beynəlxalq praktikada tətbiq olunan “uşaqların yeməyini təmin edək” üsulunun bizdə də tətbiqinə başlanılmasını, həm də hökumətin valideynləri işləməyən ailələrdəki uşaqlara müavinət verməsini zəruri hesab edirik.
      
Səkkizinci, koronavirusun yaratdığı problemlər 2020-ci ilin dövlət büdcəsinə yenidən baxlması və bir sıra layihələrin icrasının ertələnməsi zərurəti yaranıb. Amma ölkə prezidentinin də xüsusi vurğuladığı kimi, bu hal sosial infrastruktur layihlərinə aid olunmamalı, əhali üçün önəm kəsb edən layihələr maliyyələşdirilməkdə davam etdirilməliidr. Bu baxımdan 2020-ci ilin büdcəsinə yenidən baxılarkkən investisiya proqramına da yenidən baxılmasını və növbədənknar parlamaen seçkiləri zamanı seçicilərin qaldırdqları sosial xarakterli məsələrin həllinə yönəlik tədbirləri də həmin proqrama salınmasını zəruri hesab edirik.
Tarix: 23-04-2020, 14:28
Xəbəri paylaş



Xəbər lenti