Dünya pandemiyaya görə Çinin üzərinə gedir: məhkəmə, ittiham... – ekspertdən maraqlı rəy

 

 

Ötən ilin dekabrında Çinin Uhan əyalətindən başlayan koronavirus infeksiyasının bütün dünyanı ağuşuna almasına görə indi bu dövlət de-fakto mühakimə edilir. Dünyanın böyük dövlətləri koronavirus bəlasının baiskarı kimi Çini görür, onu ittiham edirlər. 

Çünki epidemiya qısa bir zamanda bu ölkədə sovuşmağa başlayıb, artıq Uhan əyaləti karantindən çıxıb, həyat öz axarına qayıdır, amma Avropa, ABŞ, Rusiya, Türkiyə və digər ölkələrdə virus tüğyan edir. 

Ona görə ABŞ prezidenti Donalda Tramp tez-tez çıxışında “Çin virusu” ifadəsini dilə gətirir, Almaniya ona dəymiş ziyana görə Çini məhkəməyə verməyə hazırlaşır. 

Həmçinin, ABŞ-ın Missuri ştatı Çin hökumətini məhkəməyə verərək, ölkəni koronavirusa yoluxdurmaqda günahlandırıb. Bu barədə ştatın Baş prokuroru Erik Şmitt açıqlamasında bildirib.

ABŞ-ın Missuri ştatı koronavirusla bağlı Çini məhkəməyə verib

Prokurorun sözlərinə görə, Çin hökuməti COVID-19 təhlükələri və yoluxucu olması barədə dünyaya yalan məlumat verib, şikayət edənləri susdurub və xəstəliyin yayılmasını dayandırmaq üçün heç bir iş görməyib: “Çin hökuməti hərəkətlərinə görə cavab verməlidir”.

Fransa prezidenti Emanuel Makron də rəsmi Pekini ittiham edib. Bundan əlavə, İtaliyada koronavirus bu ölkədə çalışan ucuz çinli işçi qüvvəsindən yayıldı. Sahibkarlar bundan sonra çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadədən imtina edəcəklər.

Qərb mediasında yazılanlara görə, ABŞ-da Cardiff Prestij əmlakı, Kiçik Saigon Ticarət Palatası, First Premier X və başqaları da daxil olmaqla bir qrup kiçik müəssisə Çinə, Uhan əyalətiə və ölkənin Səhiyyə Komissiyasına qarşı iddia qaldırıblar. 

Kiçik bir iş qrupu iddia edir ki, Çin hökuməti noyabrın ortalarında onsuz da “yeni” və potensial ölümcül bir virusla mübarizə etdiyini bilirdi, lakin bununla bağlı susdu və hətta məlumatları gizlətməyə çalışdı. 

Göründüyü kimi, dünyanın Çinin üzərinə gedir. İstisna deyil ki, məhkəməyə müraciət edən ölkələr, şirkətlər bununla bitməyəcək.

Belədə bu proses Çinə nə vəd edir? Kompensasiya tələbini perspektivi varmı? 

Kişilərə qiyabi ölüm hökmü çıxarılır - proses təhlükəli yön alır

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin Musavat.com-a bildirdiyinə görə, Çinə qarşı kompensasiya tələbi irəli sürmək üçün ilk növbədə hüquqi əsaslar olmalıdır: 

“Məhkəmə qarşısında qaldırılan iddia belə ola bilər ki, Çinin pandemiya ilə üzləşdiyi halda dünyanı məlumatlandırmayıb və öz vətəndaşlarının Almaniyaya, başqa ölkələrə gedişini məhdudlaşdırmayıb. Bu halda təzminat üçün hüquq əsas mövcuddur”. 

Hüquqşünas hesab edir ki, lakin məsələnin digər tərəfi təzminatın necə ödənilməsi mexanizmidir: 

“Sual yaranır ki, bu pulu hansı mexanizm vasitəsi ilə tələb etmək mümkündür? Həmin ölkələr Ümumdünya Ticarət Təşkilatının üzvləridirlər. 

Bu təşkilatda ixtilafları həlletmə mərkəzi fəaliyyət göstərir. Ancaq Çinə qarşı olan iddianı təşkilatın həmin mərkəzinə yönləndirmək mümkün olmayacaq. 

Çünki Almaniyaya dəyən ziyan beynəlxalq ticarət və yaxud ticarətdə haqsız rəqabət səbəbindən omayıb, sırf pandemik faktor var. Ona görə hazırda belə bir beynəlxalq mexanizm yoxdur”. 

Almaniya Çinə 130 milyard avro cərimə- » Yenixeber.org - Oxu ...

F.Mehdiyevin fikrincə, Almaniya diplomatik kanallarla Çinə qarşı məhkəmə iddiası irəli sürəcək: 

“Yəni, Çin iddianı qəbul etməsə belə, Almaniyanın dili uzun olacaq. Pekin Berlinə qarşı hər hansı tələb irəli sürəndə Çinin yadına salacaq ki, mənə ziyan vurmusan. Bir növ topu Çinin üstünə yollayacaq”. 

F.Mehdiyev hesab edir ki, Çinin qəsdən bu virusu yaydığını, bəşəriyyəti təhlükə qarşısında qoyduğunu da söyləmək olmaz: “Amma demək olar ki, ehtiyatsızlığa və səhlənkarlığa yol verib”. 

Emil Salamoğlu

Tarix: 22-04-2020, 14:10
Xəbəri paylaş



Xəbər lenti