
“Mənim saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam”.
Bunu Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatları şərh edən YAP Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov deyib.
O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib:”Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza”.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılması barədə xəbər yayılıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.
Bildirilir ki, onun saxlanılmasından dərhal sonra isə YAP Balaqadaşovu Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb.
Xatırladaq ki, bir neçə gün öncə Gununsesi.info-nun “Mövlam Şıxəliyevin məşhur restoranının daha bir şəriki varmış – MÜSADİRƏYƏ GEDİR…” başlıqlı xəbərində sabiq MTN generalına məxsus məşhur “Çoban Bulağı” restoranının bir sahibi kimi Məhəmməd Balaqdaşovun adı çəkilirdir.
Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir.
Xəbərə aydınlıq gətirmək üçün Gununsesi.info əməkdaşı onun özüylə əlaqə saxlamaq istəsə də, amma telefonun dəstəyini qaldıran olmayıb.