5 milyonluq malikanəsi ilə gündəmə olan icra başçısı tədbirlər üçün 40 min manat ödəyir

Şəki Şəhər İcra Hakimiyyəti şəhərdə keçiriləcək beynəlxalq, respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərinin təşkili məqsədilə "İnternational Mice Company" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.


32gun.az xəbər verir ki, ümumi məbləği 38.940 AZN təşkil edən bu satınalma çərçivəsində tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün səhnə quraşdırılması, habelə peşəkar işıq və səs avadanlıqları xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovdur.

Xatırladaq ki, E.Usubov  2019-cu ildə mətbuatda 5 milyonluq malikanəsi ilə gündəmə gəlmişdi.

Ayaz

Tarix: 12-04-2026, 11:25
Xəbəri paylaş



Xəbər lenti