İcra başçısı Birinci Qarabağ müharibəsi əlili Rüstəm Əliyevi ziyarət edib


Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla  birlikdə Yuxarı Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi əlili Əliyev Rüstəm Xanoğlan oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar. 

Qeyd edək ki, Əliyev Rüstəm Xanoğlan oğlu Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə ağır qəlpə yaraları almış və ordu sıralarından ehtiyata buraxılmışdır. Rüstəm Əliyev döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, mənzillə təmin olunması üçün rayon icra hakimiyyətində uçota alınmışdır.

Birinci Qarabağ müharibəsi əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Tarix: 6-03-2026, 22:51
Xəbəri paylaş



Xəbər lenti