Rayon rəhbəri şəhid Ərəstun Kazımovun ailəsini ziyarət edib


Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Qazyan kəndində Birinci Qarabağ müharibəsi şəhidi Kazımov Ərəstun Şəmsəddin oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.  

Görüşdə Vətən Müharibəsi şəhidi Hacıyev Rüstəmin atası Hacıyev Firqani, Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Salaməddinin atası Əliyev Yusif də iştirak ediblər.

Qeyd edək ki, şəhid Kazımov Ərəstun Şəmsəddin oğlu 1975-ci il yanvar ayının 1-də Tərtər rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almışdır. 1993-cü il aprel ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində, Həsənqaya, Talış, Çaylı kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 28-də Çaylı kəndi ətrafında gedən döyüşdə şəhid olmuşdur. Subay idi. Qazyan kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Tarix: 23-02-2026, 18:08
Xəbəri paylaş



Xəbər lenti