Tərtər DOST filialında səyyar xidmət həyata keçirilib


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən Tərtər rayonunda növbəti səyyar xidmət həyata keçirilib. Səyyar xidmət Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialında təşkil olunub və əlilliyi olan şəxsləri əhatə edib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ Regional DOST Mərkəzinin direktoru Vasif Qəribov və Qarabağ “DOST Evi” şöbəsinin müdiri Kamran Kamranlı iştirak ediblər.

Çıxışlar zamanı inklüzivliyin təşviqi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və bu istiqamətdə təşəbbüslərin bölgələrdə davamlı şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Layihə çərçivəsində Qarabağ “DOST Evi”nin fəaliyyət istiqamətləri və təqdim etdiyi xidmətlər barədə ətraflı məlumat verilib, müxtəlif yaradıcılıq sahələri üzrə ustad dərsləri təşkil olunub. Eyni zamanda əlilliyi olan şəxslərin valideynləri və qəyyumları ilə maarifləndirici görüşlər keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Tarix: 13-02-2026, 17:17
Xəbəri paylaş



Xəbər lenti