İcra başçısı yeni istfadəyə verilmiş Hüsənli kənd körpələr evi-uşaq bağçasında mövcud şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 98 saylı Bərdə-Tərtər seçki dairəsi üzrə Milli Məclisin deputatı Xanlar Fətiyev , YAP rayon təşkilatının sədri Eldar Əsədov, Rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə yeni istfadəyə verilmiş Hüsənli kənd körpələr evi-uşaq bağçasında mövcud şəraitlə yaxından tanış olub, bağçanın kollektivi və uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Hüsənli kənd uşaq bağçasının binası 1970-ci illərdə tikilib. İki korpus və yardımçı otaqlardan ibarət olan birmərtəbəli bina köhnəldiyindən istifadəyə yararsız idi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bağçada təmir işləri aparılıb, mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı sahə abadlaşdırılıb. Korpusun ətrafına asfalt örtüyü çəkilib. Bağçanın ərazisində uşaq meydançası təşkil edilib.

Məktəbəqədər təhsil müəssisəsində görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, gündəlik gigiyenik qaydalara əməl olunmasını, məktəbəqədər tərbiyə müəssisəsində hər bir uşağa fərdi yanaşma ilə bağlı  tövsiyələrini verib.

 

Tarix: 9-01-2026, 22:09
Xəbəri paylaş



Xəbər lenti