
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən Müharibəsi şəhidi Əzizov Ayşad Qaryağdı oğlunun anası Xuraman Mənsimovanı 60 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Ayşad Əzizov 05 sentyabr 1990-ci ildə Tərtər rayonun Əskipara kəndində anadan olub. O, 29 sentyabr 2020-ci il tarixdə, 30 yaşında Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ayşad Əzizov ölümündən sora “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə tərtif olunub.
Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlığını bildirib.