Göyçay Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında MƏSULİYYƏTSİZLİK




Bir böyrəyi götürülmüş, digər böyrəyi ağır xəstə olan Göyçay sakini Əsədov Tahir Azər oğlu bu gün saat 20:00 radələrində yüksək təzyiq vəziyyətində olub.
Xəstənin ailəsi dərhal Göyçay TTTYS-nın 103 qaynar xəttinə zəng edib.
Cavab isə yolverilməzdir:
  “Boş təcili tibbi yardım maşını yoxdur”
  Yardım israrla tələb edildikdə isə kobud və xidməti etikadan kənar danışıq  sərgilənib.
 Hansıki, 103 xidməti vətəndaşla kobud davranmaq üçün deyil, insan həyatını xilas etmək üçündür. “Maşın yoxdur” bəhanəsi ağır xəstənin həyatı üçün ciddi təhlükədir.
Bu hal: – Konstitusiyanın 41-ci maddəsinin,
– “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununu,
– Cinayət Məcəlləsinin 142 və 143-cü maddələrini özündə əks etdirir.
Sual açıqdır:
Ağır vəziyyətdə olan xəstənin ailəsi təcili yardım almaq üçün yalvarmalı, üstəlik kobudluğa da məruz qalmalıdırmı?
Bu məsələ araşdırılmalı, 103 xəttində vəzifə borcunu yerinə yetirməyən şəxslər məsuliyyətə cəlb olunmalıdır. İnsan həyatı laqeydliyə və məsuliyyətsizliyə qurban verilə bilməz!


Tarix: 23-12-2025, 22:06
Xəbəri paylaş



Xəbər lenti