Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2025-ci ilin yekunu, 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib


09 dekabr 2025-ci il tarixində Tərtər rayon İcra Hakimiyyətinin akt zalında Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayon tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştiraki ilə “Mülki müdafiə sahəsində 2025-ci ilin yekunu, 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Qarabağ Regional Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi Həsən Nəsirov və Qarabağ Regional Mərkəzin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti İntiqam Mikayılov iştirak edib.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar veriblər. 

Daha sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparıblar.


Tarix: 9-12-2025, 22:06
Xəbəri paylaş



Xəbər lenti