Rayon rəhbəri Köçərli kəndində fermer Cəfər Şəmilovun pambıq tarlası ilə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Köçərli kəndində fermer Cəfər Şəmilovun pambıq tarlasına baxış keçirib, pambıq yığımının gedişi ilə tanış olub, fermerə xeyir-dua verib.

Rayon rəhbərinə məlumat verilib ki, fermer tərəfindən bu il 5 hektar sahədə pambıq əkilib və birinci yığımda hər hektardan 40 sentner məhsul götürülüb. 

Qeyd edək ki, ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyyələrinə uyğun olaraq bu il Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2796,7 hektar sahədə pambıq əkilib.

Bunun da 1089,5 hektarı “Prime Cotton” MMC ilə, 1323,2 hektarı “Azərpambıq” MMC və 384,0 hektarı isə “Elakoton” MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Artıq bu günə kimi 8000 ton məhsul toplanaraq təhvil verilib.

Pambığın itkisiz yığılması, istehsalı və emalının yüksək səviyyədə həyata keçirilməsi üçün bütün lazimi tədbirlər həyata keçirilib. Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb.

Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.

Fermerlər kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

 

Tarix: 14-11-2025, 22:20
Xəbəri paylaş



Xəbər lenti