
8 Noyabr Zəfər Gününün beşinci ildönümü münasibəti ilə səhər saatlarından başlayaraq Tərtər rayonunda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, eləcədə rayon sakinləri Şəhidlər Abidə Kompleksini ziyarət edir, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anırlar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, Milli Məclisin deputatı Anar Məmmədovun köçəkçisi Elçin Cahangirov, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları ilə birlikdə Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Tərtər Cümə Məscidinin imam müavini Saleh Ədilov şəhidlərin ruhuna dualar oxuyub.