Tərtər Rayon İcra Hakimiyyətində karxana sahibləri ilə görüş keçirilib


Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Oqtay Şahmurov, Azərbaycan Respublikası FHN-nin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Qarabağ Regional Müfəttişliyinin rəisi Ramil Cabbarov, Əmlək Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri Natiq Əliyev, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 7 saylı Qarabağ Regional Bölməsinin rəisi Sərdar Əhmədov və rayonda fəaliyyət göstərən karxana sahibləri iştirak ediblər.  

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirb ki, rayon icra hakimiyyəti tərəfindən Tərtər çayının qum-çınqıl yataqlarında istismar işləri aparan qum-çınqıl karxanalarının fəaliyyəti monitorinqlər aparmaqla daim nəzarətdə saxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və “Yerin təki” haqqında Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq sənədləri olmadan əraziləri özbaşına zəbt etməklə qanunsuz fəaliyyət göstərən karxanalar barədə qanunamüvafiq tədbirlər görülməsi üçün Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası FHN-nin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə məktublar göndərilmişdir. Qum-çınqıl çıxarılması prosesində qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Oqtay Şahmurov, Azərbaycan Respublikası FHN-nin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Qarabağ Regional Müfəttişliyinin rəisi Ramil Cabbarov, Əmlək Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri Natiq Əliyev, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 7 saylı Qarabağ Regional Bölməsinin rəisi Sərdar Əhmədov çıxış edərək karxana sahiblərinə karxana fəaliyyətinin hüquqi əsasları, faydalı qazıntı yataqlarının istismar qaydaları haqqında ətraflı məlumat verib, bildiriblər ki, Tərtər çayının yatağında suyun sərbəst axınına mane olan inşa edilmiş obyektlərin dislokasiyası aidiyyəti qrumlar tərəfindən aparılmış və gələcəkdə baş verə biləcək sel-daşqın hadisələrinin qarşısının alınması, çayın təbii axınının bərpası məqsədilə çay yatağında və mühafizə zonasında inşa edilmiş obyektlərin təmizlənməsi, özbaşına inşa edilmiş körpülərin ləğv edilməsi və bütün təsərrüfat sahələrinin köçürülməsi istiqamətindən təxirəsalınmaz tədbirlər mütamadi olaraq davam etdiriləcəkdir.

Sonra 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qaldırılmış qanunsuz istifadə hallarının qarşısının alınması məqsədi ilə karxanaların istehsal sahələrindəki qurğu və avadanlıqların fəaliyyətinin və elektrik verilişinin dayandırılması, oradakı qurğu və avadanlıqların əsas hissələrinin sökülüb ərazidən çıxarılması barədə rayon rəhbəri tərəfindən komissiya üzvlərinə göstəriş verilmişdir. 

Yekunda karxana sahiblərini maraqlandıran suallar cavablandırılıb. 

 

Tarix: 24-07-2025, 23:00
Xəbəri paylaş



Xəbər lenti