Rayon rəhbəri Fövqaladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinin yeni təyin edilmiş rəisini qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Fövqaladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinin yeni təyin olunmuş rəisi, daxili xidmət mayoru Fəqan Axundovu qəbul edib.

Rayon rəhbəri ilk öncə yeni təyin olunan rəis Fəqan Axundovu təbrik edərək, ona məsuliyyətli işində uğurlar arzulayıb.

Fəqan Axundov öz növbəsində rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova rayonda yanğın təhlükəsizliyi sahəsində görülən işlərə görə təşəkkürünü bildirib, həyata keçirilən tədbirlərdən razılığını ifadə edərək qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparıblar. 


Tarix: 23-07-2025, 13:30
Xəbəri paylaş



Xəbər lenti