Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəbin qızıl medala layiq görülmüş məzunu Əliyeva Sevinc Rizvan qızını qəbul edib. Qəbulda rayon təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, məktəbin direktoru Arzu Babayeva və anası Sevda Əliyeva da iştirak edib.
Rayon rəhbəri Sevinc Əlizadəni qazandığı uğura görə səmimi-qəlbdən təbrik edib, ona gələcək təhsilində uğurlar arzulayıb və hədiyyə təqdim edib.
Qeyd edək ki, Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəbin məzunu Əlizadə Sevinc Rizvan qızı tam orta təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə “Xüsusi nümunəvi attestat” və qızıl medala layiq görülüb. O, həmçinin respublika fənn olimpadası üzrə yüksək nəticəyə görə Gümüş Medal qazanıb. Qəbul imtahanında isə 684 bal toplayaraq yüksək nəticə əldə edib.
Məzunun anası Sevda Əliyeva onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.