“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bala Kəngərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Qasımov Şükür İsgəndər oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
Görüşdə Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Tahir Vəliyev və veteranı Məsud Kərimov da iştirak ediblər.
Qeyd edək ki, Qasımov Şükür İsgəndər oğlu 24.04.1956-cı ilədə Tərtər rayonunun Bala Kəngərli kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmən mərmisinin təsiri nətincəsində yaralanaraq ehtiyhata buraxılan Şükür Qasımova ikinci dərəcəli əlillik təyin edilib və dövlət tərəfindən Mənzillə təmin olunub. Oğlu 09.09.1999-cu il təvəllüdlü Qasımlı Şamxal Şükür oğlu isə Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Şükür Qasımov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.