Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Birinci Qarabağ müharibəsi əlili Rasim Həsənovun ailəsini ziyarət edib


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin rəisi Rəşad Nadirov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə İrəvanlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Həsənov Rasim Şəmil oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

 

Görüşdə Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlilləri Rəsul Məmmədov, Mahir Abbasov və Vətən müharibəsinin 3-cü dərəcəli əlili İntiqam Sarıyev iştirak ediblər.

 

Qeyd edək ki, Həsənov Rasim Şəmil oğlu 31.12.1965-ci ildə Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından döyüşlərə qatılıb. Ağdərə Rayon Polis Şöbəsində çalışan Rasim Həsənov Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə düşmən mərmisinin təsirindən yaralanıb və ehtiyata buraxılıb.

Rasim Həsənova döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilib, dövlət tərəfindən fərdi ev və avtomobillə təmin olunub.

Rasim Həsənov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.


Tarix: 11-07-2025, 00:47
Xəbəri paylaş



Xəbər lenti