TOVUZ SAKİNİ MEDYA VASİTƏSİLƏ BİRİNCİ VİTSE PREZİDENT MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Azərbaycan respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya

Tovuz rayon Məşədilər kənd sakini İbrahimova Əsmər Akif qızı tərəfindən
Ərizə

Hörmətli Mehriban xanım!
Bir daha yazıb məlumunuz edirəm ki, mənim Tovuz Dövlət sosial-iqtisadi kollecindən əsassız olaraq işdən çıxmağımla əlaqədar sizə ərizə ilə müraciət etmişdim. Həmin şikayət ərizəmə baxılması üçün aidiyyəti üzrə göndərmişdiniz. Təəssüflər olsun ki, Tovuz Dövlət sosial-iqtisadi kollecinin saxtakar direktoru Hicran Əyyubova sizi də aldadıb yalan məlumat verib. Hörmətli Mehriban xanım!
Hicran Əyyubova sanki bizim ailə ilə düşmənçilik aparır. Belə ki, H. Əyyubova mənimlə yanaşı kollecdə yeganə ixtisas müəllimi olan qardaşımı da işdən çıxartmışdı. Bundan sonra qardaşım qeyri-qanuni və əsassız işdən çıxarılması ilə əlaqədar Tovuz rayon məhkəməsinə müraciət etdi və məhkəmə haqlı olaraq qardaşımın barəsində ədalətli qərar qəbul edərək qardaşımın yenidən öz işinə bərpa olunmasına dair qərar çıxardı. Lakin H. Əyyubova məhkəmənin ədalətli qərarını həzm edə bilməyib qərardan apelyasiya şikayəti verdi. İndi siz deyin bu hal varlığı bizim ailəyə qarşı qərəzlidirmi? Əlbəttə ki, göründüyü kimi H. Əyyubova bizə qarşı düşmən mövqeyi sərgiləyir. Mən sizə yazdığım ərizəmdə də qeyd etmişdim ki, həyat yoldaşımdan ayrılmışam himayəmdə 4 və 5 yaşlarında 2 azyaşlı övladlarım var və onuda qeyd etmişdim ki, Əmək məcəlləsinin 79-cu maddəsinə əsasən şəxsin himayəsində azyaşlı övladları varsa,eləcə də iş yeri onun yeganə qazanc yeridirsə həmin şəxsin əmək müqaviləsinə xitam verilməsi qanunla yol verilməzdir.Lakin göründüyü kimi H. Əyyubova Azərbaycan qanunlarına qəti şəkildə hörmət etmir, təhsil ocağını bazar qaydaları ilə idarə edir. Odur ki, sizdən bir gənc və carəsiz ana kimi çox xahiş edirəm ki, mənə və 2 körpə balama yardımçı olasınız. Artıq mən dolana bilmirəm, balalarımı saxlamağa gücüm çatmır. Məlumat üçün bildirim ki, H. Əyyubovanın sosial şəbəkələrdə,eləcə də məndə təhsil ocağındakı ciddi qanun pozuntularını, rüşvətxorluğunu və meydan sulamasını sübut edən təkzib olunmaz kifayət qədər səs yazıları var.
Hörmətli Mehriban xanım!
Ümid edirəm və inanıram ki,siz mənə və 2 körpə balama köməklik göstərəcəksiniz. Axı siz heç zaman sizə uzanan əlləri boş geri çevirməmisiniz. Bütün bunlar isə mənə ümid verir ki, siz məndən də öz köməkliyinizi əsirgəməyəcəksiniz. Sizə öncədən öz təşəkkürümü bildirirəm.

Hörmətlə: İbrahimova Əsmər A.Q

Tarix: 23-04-2025, 15:32
Xəbəri paylaş



Xəbər lenti