
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəqliyyat vasitələri alır.
Pravda.az-ın xəbərinə görə, qurum avtomobilləri “Azərmaş Park” MMC-dən alacaq.
Bunun müqabilində isə icraçı şirkətə 748 000 AZN ödəyəcək.
Tərəflərin bağladığı müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.