Şəkidə Şəhid bacısı ÇƏTİN DURUMDA - MÜRACİƏT

Şəki rayonun Aşağı Göynük kənd sakini, uzun müddətin işsizi, iki
azyaşlı uşaq anası, şəhid Faiq Məmmədəli oğlu Əbdürrəhimovun bacısı Əliyeva
Şəhla Məmmədəli qızı ölkə rəhbərliyinə müraciət ünvanlayıb.
Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
"Mən, 1982-ci ildə anadan olmuşam. Bu günə kimi anadan olduğum Aşağı Göynük
kəndində yaşamış, ailədə problem yarandığından ( həyat yoldaşım ailəni dolandırmaq
üçün Qazaxıstana getmiş və ailəsindən ayrılmışdır) 2 ildir ki, Şəki şəhərinə gəlib 10 və
12 yaşlı övladlarımla birlikdə 80 manat kirayədə zülm çəkirəm. İki ildir ki, adi bir texniki
iş üçün Şəkidə döymədiyim qapı qalmayıb. Heç bir məmur-rəhbər mənim ağır iqtisadi
vəziyyətimə qiymət verib adi bir işlə təmin etmir. Bu sadəcə şəhid bacısına qarşı olan
münasibət yox, rəzillikdir. İcra Hakimiyyətində də olmuşdum. Hamısı nağılllar
danışmağı sevirlər.Xatırladım ki, orta təhsilli pedaqoji texnikum təhsilim var Əvvələr
stajim da olub. Ailə qurduqdan sonra uşaqlar görə işləyə bilmədim. İnsan taleyi bunlar
üçün boş bir şeydir. Şəhid qardaşım sağ olsaydı əlbəttə ki, mən bu problemi yaşamazdım.
Sanki biz yalançılar bölgəsində yaşayırıq. Anam xəstə adamdır, aldığı təqaüdü
dərmanlarına çatdıra bilmir və işsiz qardaşımın 4 nəfərlik ailəsini birtəhər dolandırır.
Yəni arada yalnız mənim kirayə pulumu verə bilir. Uşaqları çox vaxt ac məktəbə yola
salıram. Aclıqdan bir dəfə də məktəbdən evə qayıdanda huşunu itirmişdi. Bir sözlə, şəhid
bacısı olaraq itin zülmünü çəkirəm. Bundan mən yox əlaqədar təşkilat rəhbərləri
utnmalıdırlar. İndi vəziyyətim o dərəcədə kritikdir ki, mənim özümü və uşaqları yandırıb
intihar etməkdən başqa çarəm qalmayıb.
Cənab Prezident, ona görə var gücümü toplayıb Sizə son ümidlə bu məktubu yazıram ki,
bəlkə aidiyyatı məmurlar göstərişinizə əməl etdilər, bəlkə utanıb pulsuz məni adi bir işə
qoydular".

Tarix: 3-06-2024, 09:41
Xəbəri paylaş



Xəbər lenti