Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİAYBIRÇILIĞA NİYƏ SUSUR???

Gəncə Daşkəsən Regional Təhsil idarəsində baş verən hadisə son zamanlar 
cəmiyyət tərəfindən qınaq obyektinə çevrilmişdir. Müəllim adına yaraşmayan, 
müəllimləri nüfuzdan salan bu hala qarşı ciddi tədbir görülməlidir.

Belə ki, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan 
Zeyvə kənd S. Məmmədov adına tam orta məktəbinin direktor müavini Reyhan İsmayılova 
müəllimləri hədələyir və direktora qarşı qarayaxma kompaniyası aparır.

Müəllimlərə hədə-qorxu gələn, onlara zorakılıq edən Reyhan xanım "Burda mənəm, 
Bağdadda kor Xəlifə" rejimi ilə müəllimləri hədələyir və "hara şikayət edirsiniz edin" 
mən nə deyirəm o olmalıdır deyə müəllimləri alçaldır.

Müəllim adını daşımağa layiq olmayan bu xanım müəllimlərə ağıza alınmayacaq şəkildə 
təhqiramiz ifadələr işlədir. Açıq-aşkar direktora qarşı bütün müəllimləri ayağa qaldırmağa 
və öz "Allahlığını" göstərməyə çalışır.

Bəs bütün bunlar baş verərkən Gəncə Daşkəsən Regional Təhsil idarəsi müdürü 
Anar Qədiməliyev və Təhsil sektorunun müdiri Xəyal Məmmədov hara baxır? Niyə 
bu qanunsuzluq edən, özbaşınalıq edən direktor müavini haqqında heç bir tədbir görmür?

Məgər təhsilimiz belə müəllimlərə əmanət edilməlidir? Əxlaqa zidd danışıqlar, şantajlar,
 təhqirlər ilə məktəbi idarə etmək, müəllimləri heçə saymaq, onlara qarşı zorakılıq etmək 
bağışlanılmaz bir hadisədir və mütləq qarşısı alınmalıdır.


https://tehsilmedia.az/hadise/10756-gnc-dasksn-regional-thsil-idarsi-biabrciliga-niy-susur.html?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2i2bmDHDtQnCC8uEivZUkegMXSaN3je-DJhafXoDMVqqkEsu_q3qtYrTk_aem_AYKGUjnOhHeRFF-_lg0EKkNYodSTgetCvZNmPAPOJrRFdbwydRzrDpvJB1an8Zu8V6jDfZ5UZLGUNGtAoEOcQaMY


Tarix: 3-05-2024, 11:21
Xəbəri paylaş



Xəbər lenti