Pakistanın Kabal şəhərindəki polis bölməsinin yaxınlığında törədilən partlayış nəticəsində ən azı 14 nəfər ölüb, 20 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, Svat Rayon Polis Rəisi Ömər Xanın sözlərinə görə, terrorçu polis əməkdaşları onu dayandırmağa və bölmənin girişində axtarış aparmağa çalışdıqdan sonra partlayıcı maddələrini partladıb.
Xan əlavə edib ki, polis yüksək hazırlıq vəziyyətindədir və istintaq qrupu hadisə yerindədir. Yaralılar yaxınlıqdakı Səidu Şərif Xəstəxanasına aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb və axtarış əməliyyatına başlayıblar. Hücuma görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Partlayış yaxınlıqdakı Kabal Çovkda toplaşan dinc antiterror mitinqinin keçirildiyi yerin yaxınlığında baş verib. Hücum sonuncu natiq izdihama müraciət edərkən baş verib.




















