Bərdə rayonunda 2013-cü ildə istifadəyə verilən Qarabağ Aqrar Sənaye Kompleksi fəaliyyətə başladıqdan bir müddət sonra iflas oldu.
AzFakt.com xəbər verir ki, 2013-cü ildə istifadəyə verilən dövlət büdcəsindən 32 milyon manat xərclənən Kompleksdə bir baş da olsa mal-qara yoxdur.
Müflis olan müəssisədə hazırda yalnız yem üyütmə fabrikinin işləyir.
Dövlətə külli miqdarda ziyan vuran kompleks yenə də "adətini" davam etdirməkdədir.
Belə ki, yem fabriki gündüzlər yox, gecələr çalışdırılır.
Buna səbəb isə işçilərin Əmək Müfəttişliyindən və Vergilər Xidmətindən yayındırılmasıdır.
Kompleksin hazırkı rəhbəri Samir Rzayevin göstərişi ilə yem fabrikinin fəaliyyəti səhər saatlarında dayandırılır. Gecə saatlarında isə işə başlayır.
Qeyd edək ki, fabrikin gizli işlədilməsinə görə dövlət büdcəsinə hər ay on min manatadək ziyan dəydiyi ehtimal edilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 24-01-2024, 21:51