Ucar rayon xəstəxanasının baş həkiminin talançılıqla əldə etdiyi Varidat. VİDEO


           
Ucar rayon xəstəxanasının baş həkiminin talançılıqla əldə etdiyi Varidat. VİDEO
Ucar rayon sakinləri tərəfindən

MÜRACİƏT

Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı 15 il ərizndə milyonlarla manat dövlət vəsaitini talan etmişdir.
Talançılqla əldə edilmiş vəsait hesabına Ağsu rayonunun Səməd Vurğun küçəsində “Zəm-Zəm” adlı klinika işa edib istifadəyə vermşdir. Həmin poliklinkaya Ucar xəstəxanasından avadanlıqlar aparılmışdır.
Zeynal Bayramlıya məxsus Şamaxı rayonunun Yeni Günəşli kəndində yerləşən möhtəşəm villanın dəyəri təxminən 500.000 manat təşkil edir.
Bakı şəhəri Atyalı qəsəbəsi Xalid Məcdinov küçəsində yerləşən böyük bir malikanənin qiyməti 800.000 manat təşkil edir.
Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən möhtəşəm villanın qiyməti təxminən 400.000 manat təşkil edir.Hansı ki, Zeynal Bayramlı hazırda Ucar rayonunun Qazıqumlaq kəndində qeydiyatdadır.Həmin kənd onun yaxın qohumu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ana vətənidir.
Göyçay rayonunda yerləşən böyük villanın dəyəri təxminən 350.000 manat təşkil edir.
Əlavə olaraq qeyd edək ki, Zeynal Bayramlıya məxsus Bakı şəhərində Novaxanıda dəyəri təxminən 600.000 manat olan bir bağ evi, müxtəlif ünvanlarda novostroyka binada olan 4 mənzil var.
Faktiki Zeynal Bayramlıya məxsus olan bu mənzillərin əksəriyyəti aşkar edilməmək üçün başqa-başqa şəxslərin adına sənədləşdirilib.
Həttda Zeynal Bayramlı vəzifəsindən sui-istifadə edərək bir neçə illər əvvəl həyat yoldaşı Sona Bayramlını 2-ci qrup əlil etdirmişdir.Hansı ki, Sona Bayramlı tam sağlam və əmək qabiliyyətinə malikdir.Bayramlılar ailəsi belə saxtakarlıq yolu ilə dövlət büdcəsinə ziyanlar vururlar.

Səmədov Şahin Məsim oğlu
Əliyev Qürbət Eldar oğlu
Nəsibov Rasim Osman oğlu
Seydidov Sadiq Əhməd oğlu
Siam.az olaraq məktubda toxunulan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!



Tarix: 29-12-2022, 10:11
Xəbəri paylaş



Xəbər lenti