“Mingəçevirin icra hakimyyətindən şəhidin xatirəsinə hörmətsizlik” – Video



Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları vətən müharibəsi şəhidi Nahid İbrahimzadənin xatirəsinə ucaldılmaqda olan bulağın tikintisini yarımçıq saxlayaraq bulağı uçurublar. Şəhər İcra Hakimiyyətinin əməkdaşları və İcra başçısı İlham İsmayılov bəhanə kimi bulağın tikildiyi yerin uyğun olmadığını və burada marketin tikiləcəyini bildiriblər.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Şəhidimizin əziz xatirəsinə etdiyi hörmətsizlik qəbuledilməzdir. Hər hansısa marketin Şəhiddən üstün tutulması vətənə xəyanətdir!
Cənab prezident İlham Əliyevdən xahiş edirik ki, rəşadətli Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində əldə etdiyi qələbəyə ləkə yaxmaq istəyən, şəhidlərimizin xatirəsinə hörmətsizlik edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı və məsələdə iştirak edən əməkdaşlar kəskin şəkildə cəzalandırılsınlar!



Tarix: 29-07-2021, 09:21
Xəbəri paylaş



Xəbər lenti